Açıqlıq, keyfiyyət haqqında informasiyanın istifadəçiləri üçün başa düşülən formada olmasıdır. Lazım gəldikdə bu, kifayət qədər mürəkkəb informasiyanın təqdim edilməsini istisna etmir. Münasiblik (uyğunluq) informasiyası yalnız məhsulun keyfıyyətinə aid olmaqla, keyfıyyətin idarə edilməsi üçün vaxtında preventiv-permanent xarakterli qərarların qəbuluna imkan verir. Münasiblik informasiyanın məzmunu onun əhəmiyyət dərəcəsi və vaxtında verilməsi ilə təyin olunur. Məsələn, əgər informasiya keyfıyyətin idarə edilməsi üzrə qərarların qəbul edilməsinə əhəmiyyətli təsir göstərmirsə, onu az əhəmiyyətli kimi qəbul etmək olar. Daxiletmənin birdəfəliyi – keyfıyyətin idarə edilməsi üzrə informasiya məlumatlarının (sonrakı çoxdəfəlik istifadəsilə) banka birdəfəlik daxilolma tələbi kimi baxılmalıdır. Belə informasiya sonradan təkrarən istifadə edilə bilər. Bu, səhvlərin başvermə ehtimalını aşağı salmağa imkan verir. Etibarlılıq informasiyası heç bir ciddi (əhəmiyyətli) səhvlərin olmadığını göstərir. Bu halda o, məhsulun keyfıyyətini və keyfıyyətin idarə edilməsinin bütün proseslərinin güman edilən real (həqiqi) vəziyyətini düzgün, dolğun və ehtirazsız (neytral) əks etdirməlidir.
Keyfiyyətin idarə edilməsi üzrə informasiya çoxluğunu şərti-sabit və dəyişən hissələrə bölmək olar. Birinci keyfıyyətin idarə edilməsi zamanı müntəzəm istifadə edilən keçməyən əhəmiyyətli informasiyanı (elmi-texniki və elmi-metodik sənədləri, sorğu informasiyasını) daxil edir. İkincisi isə keyfıyyətin operativ idarə edilməsi, cari istehsalat-təsərrüfat fəaliyyəti, qüsurluluq səviyyəsi, zay, əməyin keyfiyyəti və s. haqqında olan dəyişən informasiyanı özündə biriəşdirir.
Keyfıyyətin idarə edilməsinin istər şərti-sabit, istərsə də dəyişən informasiyasını keyfiyyət sisteminin yarımsistemlərinə (keyfıyyətin idarə edilməsinin sistemli öyrənilməsinə, «ərzaq» yarımsistemlərinə və s.) və onların elementlərinə görə sinifləşdirmək məqsədəuyğundur.
Keyfiyyətin idarə edilməsinin informasiya təminatnın avtomatlaşdırılmasının prinsipial əsasları. Sistemli yanaşmada keyfıyyətin idarə edilməsinin avtomatlaşdırılmış informasiyasının yarımsistemlərinin qurulması və fəaliyyəti üçün o, mümkün qədər maşın istiqamətli dilə yaxınlaşdırılmalıdır. Belə yanaşma istər birbaşa, istərsə də əks əlaqəli kanallarla hər bir yarımsistemin və keyfıyyət sistemlərinin daxilində, istərsə də idarəetmənin nisbətən yuxarı səviyyəli yarımsistemlərinin və sistemlərinin hər birinin daxilində informasiya mübadiləsini nəzərdə tutur. Keyfıyyət sisteminin informasiya və sənədləşdirilməsinin xarici mühitlə avtomatlaşdırılmış mübadiləsinin prinspial sxemi şəkil 3.3-də verilir. Bu o deməkdir ki, avtomatlaşdırılmış (yaxud avtomatik) rejimdə idarəetmə kadrları iştirak etmədiyindən informasiyaya giriş müəyyən fasilələrlə aparılmalıdır.
İnformasiya təminatlı sistemi keyfiyyətin unifıkasiyalaşdırılmış göstəriciləri ilə, onların sinifləşdirilməsi ilə və bu göstəricilərin qeydiyyatını aparan sənədlərin birtipli formasının məcmuu ilə əsaslandırmaq lazımdır. Bu halda keyifıyyətin idarə edilməsində istifadə edilən bütün informasiyanı genişləndirilmiş formada növlər üzrə sinifləşdirmək tələb olunur. Məsələn, məhsulun, xidmətin və əməyin keyfıyyət göstəricilərini daxili (məhsulun sınaqları zamanı imtinalar, hazırlanma zamanı qüsur və zaylar, istehsalat itkiləri və s.) və xarici (istismara edilən iradlar, reklama- siyaların miqdarı və s.) informasiyaya bölmək olar.
Keyfıyyətin idarə edilməsinin informasiya təminatının tərkibi və məzmunu məhsulla, xidmətlə və onların xüsusiyyətləri ilə, həmçinin müəssisənin idarə edilməsinin təşkilati strukturu və keyfiyyətin idarəedilməsi sisteminin funksiyaları ilə təyin olunur. Bu halda o, məhsulun ömür-tsiklinin bütün mərhələlərində və istehsalın idarəedilməsi səviyyələrində həyata keçirilməlidir. Burada informasiya təminatının xarakterik çatışmamazlıqlarını qeyd etmək lazımdır. Onlardan ilk əvvəl məhsulun texniki səviyyəsi, ən yaxşı xarici analoqları və keyfiyyətə çəkilən xərclər barədə kifayət qədər dolğun elmi-texniki və iqtisadi informasiyanın olmamasını göstərmək olar. İkinci, çox vaxt daxil olan informasiya, yeni məhsul layihələndirilərkən layihəçilər tərəfındən istifadə edilmir. Üçüncü, informasiya təminatı kifayət qədər normativ-texniki sənədlərlə, fərdilikdə məhsulun standart tələbləri ilə reqlamentləşdirilmir. Dördüncü, keyfiyyət haqqında informasiyanın toplanması və işlənməsi avtomatlaşdırılmış sistemlərin müasir tələblərinə cavab vermir. Əsasən əmək keyfıyyətinin yalnız fərdi məsələləri - zaydan və reklamasiyalardan itkilər, az dərəcədə tədqiqat və layihələndirmə məsələlərində keyfıyyətin idarəedilmə prosesləri (xüsusilə keyfıyyətin yüksəldilməsinin texniki səviyyəsinin planlaşdırılması, tələblərin proqnozlaşdırılması, istismar şəraitində məlumatların təhlili) avtomatlaşdırılır.
Şəkil 3.1. Keyfiyyət sisteminin informasiya və sənədləşməsinin xarici mühitlə avtomatlaşdırılmış mübadiləsinin prinsipial sxemi
Sənaye xarakterli bir sıra müəssisələrin keyfıyyət üzrə statistik hesabat məlumatları əsasında aparılmış informasiyanın təhlili göstərmişdir ki, keyfıyyət sisteminin informasiya təminatının təkmilləşdirilməsinin konkret istiqamətləri hələ də müəyyən edilməmişdir. Onlardan əsasları aşağıdakılardır: zayın mümkün olan səbəblərinin vahid sinifləşdiricisinin hazırlanması və istehsalatda istifadəsi; dövriyyədə keyfiyyət üzrə qüvvədə olan uçot-hesabat sənədlərinin unifıkasiyası və təkmilləşdirilməsi; məhsulun keyfıyyətinin texniki-iqtisadi təhlilində Pareto diaqramı üsulunun tətbiqi; keyfıyyət üzrə hesabat formalarının tipləşdirilməsi; etibarlılıq haqqında informasiyanın toplanması və işlənməsi üzrə avtomatlaşdırılmış sistemin tətbiqi. Zayın səbəblərinin vahid sinifləşdiricisi cədvəl 3.1-də verilir.
Cədvəl 3.1
İstehsalatda zay səbəblərinin sinifləşdiricisi
Şifr
|
Zayın səbəbi
|
Zayın səbəbkarları və onların şifrləri
|
İcraçı
|
Usta
|
Sexin inzibatçısı
|
Baş konstruktorun şöbəsi
|
Baş texnoloqun şöbəsi
|
Texniki nəzarət şöbəsi
|
Təchizat şöbəsi
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
001
|
Konstruktor sənədləşməsində dəqiqsizlik
|
|
|
|
|
|
|
|
002
|
Texnoloji sənədləşmədə dəqiqsizlik
|
|
|
|
|
|
|
|
003
|
İşdə səliqəsizlik
|
|
|
|
|
|
|
|
004
|
Texnoloji sənədləşdirmənin pozulması
|
|
|
|
|
|
|
|
005
|
Alətin, quraşdırmaların və ləvazimatların nasazlığı
|
|
|
|
|
|
|
|
006
|
Avadanlığın nasazlığı
|
|
|
|
|
|
|
|
007
|
Məmulatın nəqli zamanı zədələnməsi
|
|
|
|
|
|
|
|
008
|
Texnoloji sənədləşdirmə materiallarının, alış məmulatlarının uyğunsuzluğu
|
|
|
|
|
|
|
|
009
|
Xammalın, materialların və s. gizlənmiş qüsurları
|
|
|
|
|
|
|
|
010
|
Texniki şərtlərə və standartlara uyğunsuzluğu
|
|
|
|
|
|
|
|
011
|
Cizgilərə uyğunsuzluğu
|
|
|
|
|
|
|
|
012
|
Texnoloji proseslərin pozulması
|
|
|
|
|
|
|
|
013
|
Xarici görünüşün etalona (nümunəyə) uyğunsuzluğu
|
|
|
|
|
|
|
|
014
|
Nəzarətçilərin diqqətsizliyi
|
|
|
|
|
|
|
|
015
|
Təhvil-təslim sınaqlarında xarakteristikaların uyğunsuzluğu
|
|
|
|
|
|
|
|
016
|
Nişanlanmaya əməl edilməməsi
|
|
|
|
|
|
|
|
017
|
Zayın digər növləri
|
|
|
|
|
|
|
|
Keyfiyyətin idarə edilməsi üzrə kadrların öyrədilməsi və ixtisaslarının artırılması. Keyfiyyətin idarə edilməsində qoyulmuş məqsədlərə çatmaq üçün və bunun əsasında məhsulun rəqabət qabiliyyətini təmin etmək məqsədi ilə lazımi bilik, bacarıq və səriştəlik tələb olunur. Məhsulun keyfiyyətinin idarə edilməsi üzrə fasiləsiz təhsilin təşkili məsələsində Yaponiya misal ola bilər. Burada keyfıyyət məsələlərinə və onun idarə edilməsinə münasibət hər bir adamın bütün həyatı boyu düşüncəsinə həkk edilməsi demək olar ki, birbaşa məktəbəqədər yaşdan başlayır.
Ölkədə bir çox obyektiv və subyektiv xassəli səbəblərdən təminetmə əsaslarının və keyfiyyətin idarə edilməsinin öyrənilməsində müntəzəmlik yoxdur və o, bu günə kimi nizamlanmamışdır. Bu istiqamətdə iş sistemsiz, müasir tələblərlə hesablaşmadan aparılır. Bu səbəblərdən aşağıdakıları göstərmək olar:
-
ibtidai peşə təhsili müəssisələrində, xüsusilə ümumi təhsil müəssisələrində, məhsulun və əməyin keyfıyyətinin sistemli idarə edilməsinin, hətta başlanğıc elementləri belə praktiki olaraq öyrənilmir. Bu, hər hansı bir fasiləsiz peşə təhsili və işin keyfiyyətinə vicdanlı münasibət haqqında danışmağa imkan vermir;
-
fasiləsiz təhsilin bir çox rəhbərləri və təşkilatçıları istehlakçıların tələblərinə uyğun gələn sabit keyfıyyət səviyyəli məhsulun yaradılmasında özünü göstərən məhsuldar əməyin üstünlüyünü və rolunu hələ də dərk etməmişlər;
-
təhsil müəssisələrinin demək olar ki, hamısında məhsulun keyfiyyətinin idarə edilməsi məsələlərinin öyrənilməsinə çox az vaxt ayrılır. Bu da idarəetmənin bütün aspektlərini və məhsulun keyfıyyət problemlərini başa düşərək, hiss edib anlamaq bütövlüyünü formalaşdırmır;
-
bir çox işçilər həm öz ixtisasının artırılmasında, həm də məhsulun keyfıyyətinin sistemli idarə edilməsi sahəsində müntəzəm (fasiləsiz) məqsədyönümlü peşə təhsilinə zəif münasibət bəsləyirlər;
-
xüsusilə məhsulun keyfiyyətinin idarə edilməsi üzrə bilavasitə çox az mütəxəssis hazırlanır ki, bu da fasiləsiz peşə və iqtisadi idarəetmə təhsilinin bütün pillələrində ixtisaslı pedaqoqların qıtlığına səbəb olur.
Qeyd etmək lazımdır ki, sənaye müəssisələrində və təşkilatlarda işçilərin peşə səviyyəsinin yüksəldilməsi üçün kütləvi təhsil formalarından, demək olar ki, istifadə edilmirdi (məs., qabaqcıl təcrübə məktəblərindən, keyfiyyət universitetlərindən, seminarlardan, məqsədli təhsildən və s. və i.a.). Bunlardan istifadə edilməsi keyfıyyətin idarə edilməsi məsələlərini öyrənməyə, keyfıyyətin təmin edilməsi və yüksəldilməsinin mütərəqqi üsullarını tətbiq etməyə, əməyə vicdanlı münasibət tərbiyəsini verməyə və istehlakçılara hörmət aşılamağa, onların tələblərinin təmin edilməsini həll etməyə imkan verərdi. Burada ən çox keyfiyyət qruplarının təhsilinin təşkili məsələləri mühüm əhəmiyyət kəsb edir. Keyfiyyət qruplarının işindəki çatışmamazlıqlardan biri konkret məhsulun keyfıyyətinin təmin edilməsi və yüksəldilməsi, həmçinin keyfıyyətin idarə edilməsi məsələlərinin öyrənilməsi üsullarının epizodikliyi olmuşdur. Bundan başqa, 1991-ci ilədək keyfıyyət qrupla- rından cəmi 20-24%-i təhsillə əhatə olunmuşdur. Bu halda keyfıyyətin idarə edilməsi məsələlərinə, demək olar ki, heç yerdə diqqət yetirilmirdi. Belə hal, keyfıyyət qrupları üçün ixtisas yönümlü asan mənimsənilən kifayət qədər xüsusi tədris vəsaitinin olmaması ilə əlaqədar idi. Sonrakı illərdə bu iş nəinki inkişafını tapmadı, hətta dayandı. Xaricdə tətbiq edilən iş üslubuna gəldikdə, demək lazımdır ki, keyfiyyətin idarə edilməsi məsələlərinin öyrənilməsinə dair sistemli yanaşma uçotu tam deyildir.
Əvvəllər yerli müəssisələrdə keyfiyyətin idarə edilməsinin kompleks sistemi tətbiq edilərkən «keyfiyyət» çərçivəsində «keyfiyyət sahəsində təhsilin və ixtisasın artırılmasının təşkili» kimi xüsusi tədbirlər bölməsinin işlənib həyata keçirilməsi tövsiyə olunurdu.
Toplanmış materialların təhlili səciyyəvi çatışmamazlıqları təyin etməyə imkan vermişdir. Onlar aşağıdakılardan ibarətdir:
-
plan tapşırıqlarının yalnız bir hissəsi lazımi nəticələr verirdi;
-
çox hallarda keyfıyyətin sistemli idarə edilməsi sahəsində rəhbər işçilərin fasiləsiz təhsili və ixtisasının artırılması nəzərdə tutulmurdu;
-
keyfiyyətin idarə edilməsi üzrə təşkilatçı-mütəxəssis hazırlanması planlaşdırılmırdı;
-
bu bölmənin tədbirləri «Keyfiyyət» proqramının eyni məzmunlu digər analoji tədbirləri ilə zəif əlaqələndirilirdi;
-
proqram işlənərkən rəhbər işçilərin və mütəxəssislərin tələbatı və ixtisas səviyyəsi kifayət qədər əsaslı proqnozlaşdırılmırdı;
-
müəssisənin səmərəliliyini yüksəltmək üçün bölmənin proqram tədbirlərinin qabiliyyətli istiqamət yönümlü məqsədi yox idi;
-
hazırlığın və ixtisasın artırılmasının keyfıyyəti qiymətləndirilərkən miqdar göstəricilərindən az istifadə edilirdi;
-
ixtisasın artırılması zamanı tətbiq edilən kursların tədris planları və proqramları «Keyfiyyət» proqramının məqsədlərindən uzaqlaşmaqla, bir qayda olaraq, ümumi xarakter daşıyırdı;
-
ixtisasın artırılması zamanı tədris prosesinin metodiki və professional təminatı aşağı keyfıyyət səviyyəsində idi;
-
tədbirlər işlənərkən keyfıyyətin sistemli idarə edilməsinin qabaqcıl təcrübəsindən kifayət qədər istifadə edilmirdi;
-
«Keyfiyyət» proqramının bütün bölmələri içərisində keyfiyyətin idarə edilməsi üzrə təhsil, hazırlıq və ixtisasın artırılması bölməsinə ən az diqqət yetirilirdi.
Demək lazımdır ki, bazar iqtisadiyyatı şəraitində müəssisə və təşkilatların işi hər bir işçinin şüurunda vəzifə borcunun yüksək səviyyədə, keyfıyyətlə yerinə yetirilməsini təmin edən peşə ustalığının yüksəldilməsinə can atması ruhunda obyektiv tərbiyə edib möhkəmləndirməsidir. Lakin maraq və tərbiyə üsullarından asılı olmayaraq bu işdə planlaşdırmanın rolu ön sırada dururdu.
Keçmiş SSRİ-nin mövcud olduğu dövrdə ölkə sənayesində keyfıyyətin idarə edilməsi üzrə bütün kateqoriyalı işçilərin öyrədilməsinin, hazırlanmasının və ixtisasının artırılmasının planlaşdırılmasında müəyyən qayda mövcud idi. Bu prosesin həyata keçirilməsi ilə SSRİ Dövlətstandartın standartlaşdırma, məhsulun keyfıyyəti və metrologiya üzrə ixtisasartırma institutu məşğul idi (hazırda standartlaşdırma, sertifıkatlaşdırma və metrologiya Akademiyası). Lakin son illər onun rolu keyfiyyətin idarə edilməsinə əvvəllər metodiki rəhbərlik edən Rusiya Dövlətstandartında olduğu kimi əhəmiyyətli dərəcədə azalmışdır. Bu onunla əlaqədar idi ki, bu istiqamətdə olan məsələlərin çoxu, desentralizasiya olunaraq, həlli müvafıq nazirliklərə, hazırlanan məhsulun keyfıyyətinə bilavasitə cavabdeh olan müəssisə və təşkilatlara verilmişdir. Belə şərtlər və bazar münasibətləri keyfıyyətin idarə edilməsi üzrə rəhbər və mühəndis-texniki işçilərin hazırlanması və ixtisasının artırılmasının planlaşdırma mexanizmini əhəmiyyətli dərəcədə dəyişdirirdi. O daha demokratik olmaqla rəhbərlərə öz hüquqlarından dolğun istifadə etməyə imkan verirdi.
Keyfiyyətin idarə edilməsi sahəsində təhsilin, hazırlığın və ixtisasın artırılmasının planlaşdırılmasına sistemli yanaşmada bu funksiya obyektiv olaraq müvafıq səviyyəli keyfıyyət sisteminin digər yarımsistemin xüsusi funksiyalar kompleksinə daxil ola bilər (məs. «Məhsulun keyfiyyətinin yaxşılaşdırılması sahəsində kadrların öyrədilməsi, hazırlanması və ixtisasının artırılması»). Belə yanaşmanın təkmilləşdirilməsi və inkişafı üçün proqram məqsədli üsullardan istifadə edilməli, tərkibində təhsil, hazırlıq və ixtisasın artırılması üzrə bölmə olan «Məhsulun keyfiyyət göstəricilərinin mərkəzi elmi-texniki və iqtisadi kompleksi» hazırlanmalıdır.
Dostları ilə paylaş: |