Magistratura məRKƏZİ



Yüklə 4,76 Mb.
səhifə13/24
tarix28.12.2021
ölçüsü4,76 Mb.
#17165
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
Normativ metodda müəyyən normativlərdən istifadə nəzərdə tutulur. Keyfıyyətin idarə edilməsi sisteminin real göstəricilərinin belə normativlərlə müqayisəsi onun ideal, arzuolunan sistemə uyğunluğunu qiymətləndirməyə imkan verir.

Parametrik metod keyfıyyətin idarəedilməsi sisteminin tədqiq olunan xassələ­rinin kəmiyyətcə ifadə olunmasına əsaslanır. Bu metodla idarəedici və idarəolunan yarımsistemlərin parametrləri arasında qarşılıqlı əlaqə müəyyənləşdirilir.

III FƏSİL. TİKİŞ SƏNAYESİNDƏ KEYFİYYƏTİN İDARƏ EDİLMƏSİ TƏMİNATININ TƏDQİQİ


3.1. Təşkilati layihələndirmə keyflyyətin idarə edilməsinin səmərəli aləti kimi
Keyfıyyətin sistemli idarə edilməsinin tətbiqi müvafıq sistemlərin bazasında müm­kündür. Odur ki, müəssisələrdə keyfıyyət sisteminin (KS) yaradılması məsələsi hazırda ən aktual məsələlərdən biridir. Bu cür sistemlərin işlənib hazırlanmasının və tətbiqinin ən səmərəli yolu təşkilati layihələndirmədir. Təşkilati layihələndirmə həm planlı təsərrüfat, həm də bazar iqtisadiyyatı şəraitində istifadə üçün yararlıdır.

Təşkilati layihələndirmə özünün başlanğıcını (inkişafının) texniki layihələn­dir­mədən götürür. Lakin texniki və təşkilati layihələndirmələrin bir çox ümumi xüsusiyyətləri ilə yanaşı, onların hər birinə məxsus ayrıca xüsusiyyətləri də vardır. Onlar öz məzmunlarına görə bir-birlərindən kəskin fərqlənir. Burada əsas fərq ondan ibarətdir ki, təşkilati layihələndirmə ilə texniki qurğuların detalları, qovşaq­ları və kompleksləri deyil, idarəetmə və istehsal funksiyaları, istehsal və təşkilati strukturlar, idarəetmə texnologiyası, əmək prosesləri, metodlar, informasiya və s. kimi elementlər əhatə edilir.

Layihələndirmə müəssisənin işinin və oradakı münasibətlərin praktiki olaraq bütün cəhətlərini əhatə etməyə imkan verir ki, bu da hər hansı elementin, yarım­elementin və ya sistemin təşkili və təkmilləşdirilməsi zamanı sistemli yanaşmanın realizə olunmasına şərait yaradır. Layihələndirmənin nəticəsi layihənin və onun tətbiqi üzrə tədbirlər kompleksinin işlənib hazırlanmasından ibarətdir.

Beləliklə, təşkilati layihələndirmə idarəetmə elementlərinin, yarımsistemlə­ri­nin və sistemlərinin yaradılması və təkmilləşdirilməsi sahəsində layihələrin işlənib hazırlanması və tətbiqi üzrə xüsusi fəaliyyət növüdür.

Keyfıyyət sisteminin təşkilati layihələndirilməsi prosesini ənənəvi olaraq bir sıra ardıcıl mərhələlərə bölmək olar: layihəqabağı, layihə, realizəetmə (tətbiq) və təkmilləşdirmə. Bu mərhələlərdən hər biri bir sıra işlərin yerinə yetirilməsini nəzərdə tutur. Bu işlər mərhələlər üzrə aşağıda şərh olunur (mötərizədə nəticə sənədi göstərilmişdir).

Layihəqabağı mərhələ.


  • Hazırlıq mərhələsi:

- beynəlxalq standartların tələblərini ödəyən KS-nin yaradılması zərurətinin ekspres – əsaslandırılmasının aparılması (arayış);

- KS-nin təşkilati layihəsinin hazırlanması haqqında əmrin verilməsi (əmr);

- KS-nin yaradılması üzrə koordinasiya - işçi qrupunun və işçi orqanların formalaşdırılması (koordinasiya- işçi qrupu haqqında əsasnamə);

- KS-nin yaradılması biznes - planının işlənib hazırlanması, qüvvədə olan key­fıyyətin idarə edilməsi (Kİ) sisteminin təhlili və KS-nin yaradılması metodikasının işlənib hazırlanması (metodika);

- qüvvədə olan Kİ sisteminin təhlilinin aparılması və KS-nin yaradılması üzrə işlərin planlaşdırılması (plan- qrafık);

- İSO 9000 seriyalı beynəlxalq standartların və Kİ sisteminin müasir istiqamətlərinin öyrənilməsinin təşkili (proqramlar, tədris planları və təlimin keçirilməsi haqqında arayış);

- proqramın işlənməsi və qüvvədə olan Kİ-nin kompleks sisteminin ilkin təhlilinin aparılması (aparılmış təhlil haqqında hesabat və ya analitik arayış);

- KS-i üçün tələblərin təyin edilməsi və bu sistem üçün istehlakçılarla razılaşdırılmış məhsulların siyahısının tərtib edilməsi (məhsulların razılaşdırılmış siyahısı);

- Kİ sisteminə tələblərin təyin edilməsi (razılaşdırma protokolu);


  • Kİ-nin qüvvədə olan kompleks sisteminin layihəqabağı hərtərəfli təhlili və KS-nin layihələndirilməsi üçün texniki tapşırığın (TT) işlənib hazırlanması;

- Kİ-nin qüvvədə olan kompleks sisteminin KS-nin tələblərinə uyğunluğa layihəqabağı təhlili üçün proqramın işlənib hazırlanması (proqram);

- layihəqabağı təhlilin aparılması və KS-nin layihələndirilməsi üçün TT-in hazırlanması məqsədilə informasiyanın toplanması, elmi-texniki və elmi-metodik sənədlərin, digər xüsusi sənədlərin və ədəbiyyatın seçilməsi (sistemləşdirilmiş infor­masiya paketi, sənədlər komplekti və ədəbiyyatın siyahısı);

- Kİ-nin qüvvədə olan kompleks sisteminin KS-nin tələblərinə uyğunluğuna təhlilin aparılması (aparılmış təhlil haqqında hesabat və ya analitik arayış);

- KS-nin layihələndirilməsi üçün TT-in işlənib hazırlanması (təsdiq edilmiş TT).




Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin