Empivik metodlara aşağıdakılar aiddir:
-
müşahidə – Kİ obyektinin xassə göstəricilərinin və parametrlərinin qeyd olunmasına əsaslanır;
-
ölçmə – Kİ obyektiııin tədqiq olunan xassələrinin ədədi qiymətləndirilməsinə imkan verir;
-
müqayisəetmə – tədqiq olunan obyektin analoqla (etalon, nümunə və s.) fərqi və ümumi cəhətləri müəyyənləşdirilir;
-
eksperiment – tədqiq olunan obyektin onun üçün süni yaradılmış şəraitdə tədqiqatına əsaslanır. Bu metod digər metodlardan (məsələn, müşahidə, ölçmə, müqayisəetmə və s.) istifadəni nəzərdə tııtur.
Nəzəri-empirik tədqiqat metodlarına aşağıdakılar daxildir:
-
abstraktlaşdırma – tədqiqat obyektinin cüzi xassələrini nəzərə almadan onun daha mühüm tərəflərinin model üzərində öyrənilməsinə əsaslanır;
-
analiz və sintez – tədqiqat zamanı öyrənilən obyektin müxtəlif üsullarla elementlərə, nisbətlərə bölünməsi (analiz) və obyektin elementlərinin tam şəkildə birləşdirilməsi (sintez);
-
induksiya və deduksiya – xüsusidən ümumiyə (indiksiya), ümumidən xüsusiyə (deduksiya) dərketmə bazasında tədqiqatın nəticələrinin alınmasına əsaslanır;
-
modelləşdirmə - obyektin tədqiqi zamanı onun modelindən istifadə edilir. Bu metodda modelin tədqiqatının nəticələri real obyektə interpretasiya olunur.
Kİ-nin tədqiqat metodları tədqiqat mərhələləri üzrə qruplaşdırılmaqla, məhsul və xidmətin həyat tsiklinin mərhələlərinə aid edilməklə, həmçinin keyfıyyətin idarə edilməsinin yarımsistemlərinin növlərinə, tədqiqatın məqsədlərinə, analizin növlərinə və s. görə də sinifləşdirilə bilər.
Analiz növlərinə proqnostik, diaqnostik, detallar üzrə və qlobal analiz daxildir.
Kİ-nin inkişaf etdirilməsində məqsədi dəqiq müəyyənləşdirərkən proqnostik analiz həyata keçirilir.
Kİ-nin tədqiqi zamanı alınan nəticələr, onun perspektivdə inkişaf istiqamətlərini əsaslandırmaqla bərabər, konkret fəaliyyət şəraitində Kİ sisteminin təkmilləşdirilməsi üçün səbəb-nəticə əlaqələrini, prioritetləri və tədbirləri də müəyyənləşdirməlidir. Bu isə diaqnostik analiz aparmaqla əldə oluna bilər. Burada diaqnostika dedikdə analitik xarakterli tədqiqat işləri kompleksi başa düşülür. Diaqnostik analizdə bir amilin digərinə təsiri və onlar arasında əlaqələr müəyyənləşdirilərək idarəetmənin qüsurları və onların aradan qaldırılması yolları təyin edilir.
Diaqnostik analiz Kİ-nin detallar üzrə (tematik) analizin əsasını təşkil edir və Kİ sistemində ehtiyatların axtarışına yönəldilir.
Kİ-nin tədqiqində qlobal analizin aparılması mühüm rol oynayır. Qlobal analiz idarəetmənin müxtəlif ierarxik səviyyələrini, yəni keyfiyyətin idarə edilməsi sisteminin müxtəlif səviyyələrini əhatə edir.
Kİ-də tədqiqatların təsnifatından, aparılan analizin növlərindən və digər tədqiqat işlərindən asılı olmayaraq elə konkret metodlar vardır ki, onlardan təcrübədə tez-tez istifadə edilir. Belə metodlara aşağıdakıları misal göstərmək olar: müsahibə, aktiv müşahidə; anketləşdirmə, sənədlərin və informasiya materiallarının öyrənilməsi; dekompozisiya; müqayisəetmə; dinamik; məqsədin strukturlaşdırılması; ekspert, sosioloji, orqanoleptik; ideyaların irəli sürülməsi; normativ; parametrik; əsas tərkib hissələri; korrelyasiya; matrisa; analitik hesablama; analoq; yaradıcılıq iclasları; morfoloji analiz; diferensial, kompleks, qarışıq; indeksli; qrafiki, qrafıki modelləşdirmə.
Yuxarıda göstərilən metodlardan məqsədin strukturlaşdırılması metodu Kİ-də qarşılıqlı əlaqəli məqsədlərin kəmiyyətcə və keyfıyyətcə təsvirini, təhlilini nəzərdə tutur, onlara çatmaq müddətlərini müəyyənləşdirir. Əksər hallarda strukturlaşdırılmış məqsədlər məqsədlər «ağacı» şəklində verilir. Belə təsvir evristik prosedurlardan istifadə etməklə deduktiv məntiq əsasında qurulur və bir neçə məqsədlər səviyyəsindən ibarətdir: baş məqsəd - əsas məqsədlər (birinci səviyyəli yarımməqsədlər) - ikinci səviyyəli məqsədlər - üçüncü səviyyəli yarımməqsədlər və s. Hər bir yarımməqsəd nisbi əhəmiyyətlilik əmsalı ilə xarakterizə olunur və bir məqsədin yarımməqsədləri üçün bu əmsalların cəmi vahidə bərabər olmalıdır. Bir qayda olaraq məqsədlər «ağacının» qurulmasında təsnifləşdirmə, dekompozisiya və ranqlama proseduralarından istifadə edilir.
Dostları ilə paylaş: |