Magistratura məRKƏZİ


Şəkil 2.3 Xarici investisiyaların strukturu



Yüklə 0,64 Mb.
səhifə16/41
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#34796
1   ...   12   13   14   15   16   17   18   19   ...   41
shirinov ilkin

Şəkil 2.3

Xarici investisiyaların strukturu

Hər bir istehsal və sosial sahələrin yaradılması, yenidən qurulması, genişləndirilməsi və beləliklə, məşğulluğun təmin edilməsi müvafiq investisiya qoyuluşlarını və ondan daha səmərəli istifadə edilməsini tələb edir.

Bunun üçün ölkə lazımi maliyyə, material resuslarına malik olmalıdır. Əks halda milli iqtisadiyyatın formalaşdırılmasını və inkişafını təmin etmək məqsədilə ölkəyə xarici investorların cəlb edilməsi zəruriyyətə çevrilir. Məhz buna görə də, müasir bazar iqtisadiyyatı şəraitində resbublikamızda xarici ölkələrin marağına və Azərbaycan milli iqtisadiyyatının inkişafına tam uyğun olaraq, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsi imkanı yaradılır. Bu baxımdan, 20 sentyabr 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizində yerləşən Azəri, Çıraq neft yataqlarının və Günəşli yatağının işlənməsinə dair bağlanmış “Əsrin müqaviləsi” ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasında mühüm addım olmuşdur. Bu müqavilə Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün tam əsas yaratdı. Beləliklə, beynəlxalq konsersium yaradılaraq, indiyədək respublikada 20-dən artıq neft-qaz ımıliyyatlarının həyata keçirilməsi ilə müqavilələr bağlanmış və bu mühüm işdə 15 xarici ölkədən 33 iri məşhur şirkətlərin iştirakları təmin edilmişdir. Aparılmış təhlil göstərir ki, BTC-nin tamamlanması 10 milyarda yaxın ABŞ dolları xərclənmişdir. Bağlanmış müqavilələr 30 il müddətində nəzərdə tutulmuşdur ki, bununda nəticəsində ölkəmizə böyük məbləğdə xarici investisiya qoyuluşlarının axını gözlənilir. Təhlil üçün cədvəllərə diqqət yetirək.

Cədvəl 2.3 də göstərildiyi kimi aparılan hesablamalardan məlumdur ki, Azərbaycanın müqavilələrdə iştirak payı 7.5 faizdən 50 faizə qədərdir.

Milli iqtisadiyyatın neft sektoru üzrə yataqlarının birgə işlənməsi 25-30 il müddətinə nəzərdə tutur ki, bu da XXI əsrdə ölkəmizin sosial-iqtisadi inkişafının daha da yüksəldilməsini təmin edəcəkdir. Nəzərdə tutulan milyardlarla xarici investisiya qoyuluşları ümumilikdə iqtisadiyyatın, xüsusilə, neft-kimya sənayesinin elmi, istehsal, texniki bazasının keyfiyyətcə yeniləşməsini təmin edəcəkdir ki, bu da makroiqtisadi göstəricilərinin artımı ilə yanaşı, kadr potensialının daha da möhkəmləndirilməsinə real şərait yaratmaqla, yeni peşə və iş yerlərinin açılmasına şərait yaradacaqdır.


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin