Magistratura məRKƏZİ


İnvestisiyanın inkişafının əsas parametirlərinin təhlili



Yüklə 0,64 Mb.
səhifə15/41
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#34796
1   ...   11   12   13   14   15   16   17   18   ...   41
shirinov ilkin

İnvestisiyanın inkişafının əsas parametirlərinin təhlili
Ölkəmiziə xarici investisiya qoyuluşlarındakı əsas problemlərindən biri iqtisadiyyatın müxtəlif istehsal sahələrinə xarici investisiyaların 97.5%-nin birbaşa investisiyalar təşkil etməsidir. Portfel investisiyaların həcmi isə çox aşağıdır. 2003-cü ildə 12.1 milion ABŞ dolları, 2005-ci ildə 78.4 milyon ABŞ dolları olmuş, 2009-cu ildə 305.8 milyon ABŞ dolları təşkil etməklə, xarici investisiyaların tərkibində portfel investisyalrın xüsusi çəkisi 5.3%-dən artıq olmamışdır. İstehsal təyinatlı əsas fondlara investisiyalar 1995-ci ildə 54.7% təşkil edirdisə, 2000-ci ildə 81.8%, 2001-ci ildə 88.0%, 2003-cü ildə 91.9% ən yüksək həddə çatmışdır. 2006-cı ildə 85.3%, 2007-ci ildə 72.9%, 2008-ci ildə isə bu rəqəm 71.8% təşkil etmişdir. Qeyri-istehsal təyinatlı investisiyalar 1995-ci ildə 45.3%, 2000-ci ildə 18.2%, 2005-ci ildə 13.1%, 2006-cı ildə 14.7%, 2007-ci ildə 22.0%, 2008-ci ildə isə 28.1% olmuşdur. 1995-2013-cü illər ərzində iqtisadiyyatın inkişafının əsas parametirlərinə dair cədvəl 2.2-də göstərilən məlumatlara əsasən qeyd etmək lazımdır ki, bu illər ərzində ümumdaxili məhsulun artım tempi, xarici və daxili investisiyaların artan rəqəmləri və ÜDM-un tərkibində xarici investisiyaların xüsusi çəkisininin artmı deməyə əsas verir ki, ölkədə əlverişli investisiya mühiti formalaşmış və zaman keçdikcə bu istiqamətdə müvafiq tədbirlər görülür.

2004-cü ildən sonra ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi üçün mühüm işlər görülmüş, regionların tarazlı inkişafı davam etdirilmişdir. Bu dövrdə Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, islahtların uğurla davam etdirilməsini bir daha təstiq etdi. 2004-2013-cü illərdə makroiqtisadi sabitlik qorunub saxlandı, milli iqtisadiyyatın rəqabət qabilliyyəti möhkəmləndi, qeyri-neft sektorunun inkişafına diqqət artdı. İnvestisiya mühitinin yaxşılaşdırılması və investisyanın təşviqi ilə əlaqədar görüləntədbirlər nəticəsində ilk dəfə olaraq əsas kapitala yönəldilən daxili investisyaların xüsusi çəkisi xarici investisiyaların istifadə edilmiş bütün sərmayedəki xüsusi çəkisi 2007-ci ildə 30.1%, 2008-ci ildə isə 24.5%, daxili investisiya isə 2007-ci ildə 61.9%, 2008-ci ildə 75.5% təşkil etmişdir. 2008-ci ildə əsas kapitala yönəldilmiş daxili investisiya 2007-ci ilin səviyyəsini 48.2% üstələmişdir. 2010-cu ildə daxili investiyaların xüsusi cəkisi 75.7%, xarici investisyalar isə 24.3% təşkil edildiyi halda, bu göstəricilər 2013-cü ildə bir qədər də dəyişilərək xarici investisiyaların çəkisi artaraq 37.6%,daxili investisyalar isə 62.4% təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitin 79.9 faizi daxili investisyalar, 20.1 faizini isə xarici investisiyalar təşkil etmişdir. 2009-cu ildə xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 1 milyard 477.3 milyon manat təşkil edərək 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 33.4 faiz az olmuşdur. Xarici ölkələr və beynəlxalq təşkilatlar üzrə əsas kapitala yönəldilmiş xarici investisiyaların həcmi Böyük Biritaniya üzrə 49.2 faiz, ABŞ 14.7 faiz, Yaponiya 7.7 faiz, Norveç 4.8 faiz, türkiyə 3.8 faiz, Fransa 2.7 faiz, Çexiya 2.3 faiz, İsveç 2.1 faiz, Dünya Bankı 6.4 faiz, Asya İnkişaf Bankı 2.7 faiz, Avropa Yenidənqurma və İnkişaf Bankı 1.4 faiz təşkil etmişdir.

2010-cu il ərzində ÜDM istehsalı 5.0 faiz və ya müqayisəli qiymətlərlə 1.8 milyard manat artaraq 41.6 milyard manata çatmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 75.2 faizi daxili, 24.8 faizi isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edir.

Ölkədə aparılan investisiya siyasəti daha çox xarici kapitalın ölkəyə axınının stimullaşması ilə əlaqədardır. Şəkil 2.3-dən göründüyü kimi, milli iqtisadiyyata kapital axını əsasən neft və qaz sektorunun inkişafına yönəldilir. Lakin, milli iqtisadiyyatın formalaşması baxımından xarici investisyalardan iqtisadiyyatın digər xüsusən kənd təsərüfatı, emal sənayesi istiqamətində də istifadə etmək vacibdir. Xarici investisiyanın milli iqtisadiyyatın inkişafında dönməz hal alması üçün ümumiyyətlə, həm iqtisadiyyatın strukturunu və texnoloji təminatını həyata keçirmək lazımdır, həm də sosial və ekaloji problemlərin həllini uzlaşdırmaq lazımdır.


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin