Magistratura məRKƏZİ


II FƏSİL AZƏRBAYCANDA XARİCİ İNVESTİSİYA QOYULUŞUNUN VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 0,64 Mb.
səhifə11/41
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#34796
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
shirinov ilkin

II FƏSİL

AZƏRBAYCANDA XARİCİ İNVESTİSİYA QOYULUŞUNUN VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

2.1 Azərbaycanda xarici investisiyya qoyuluşunun mövcut vəziyyətinin qiymətləndirilməsi

Investisiyyanın inkişaf eetdirilməsi üçün maliyyə mənbələrinin rolu olduqca böyükdür. Tərkibi və quruluşundan aslı olaraq onları iki yerə ayırmaq olar: xarici və daxili investisiyya mənbələrinə.

Investisiyya Fəaliyyəti haqqında Azərbaycan Resbublikasının 13 yanvar 1995-ci il tarixli qanunda göstərilir ki, investisiyya aşağıdakı daxili mənbələr hesabına müəyyənləşdirilə bilər:


  • investorun özünün maddi və intelektual sərvətləri, maliyyə vəsaitləri və təsərüffat daxili ehtiyyatları. Təsərrüfat daxili ehtiyyatlara isə mənfəət, amortizasiyya ayırmaları,fiziki və hüquqi şəxslərin pul yığımları, əmanətləri, qəza və təbii fəlakət nəticəsində dəymiş ziyanın ödənilməsi üçün sığorta ödənişləri və sair daxildir;

  • investorun borcu maliyyə vəsaitləri, yəni bank və büdcə kreditləri, istiqrazlar və digər vəsaitlər;

  • investorun cəlb olunmuş maliyyə vəsaiti. Bura əmək kollektivlərinin vətəndaşların, hüquqi şəxslərin pyları və digər haqları, səhmlərin satışından əldə olunan vəsait aiddir;

  • büdcədən və büdcədən kənar fondlardan investisihya məqsədli təxsisatlar, yəni prezidentin xüsusi fondu, müxtəli humanitar və digər təyinatlı fondlar;

  • müəssisələrin, təşkliatların və vətəndaşların əvəzsiz və xeyriyyə haqları, ianələr və sair.

Xarici investisiyya mənbələrinə isə aşağıdakılar daxildir:

  • xarici dövlətlərin büdcə vəsaitləri;

  • xarici hüquqi və fiziki şəxslərin vəsaitləri;

  • beynəlxalq təşkilatların maliyyə vəsaitləri;

  • dövlətlərarası kreditlər, qrant və texniki yardımlar;

  • beynəlxalq maliyyə təşkilatlarının maliyyə vəsaitləri, kreditlər və qrantlar.

Yuxarıda sadalanan investisiyanın maliyyələşmə mənbələrindən biz yalnız xarici investisiyya layihələrinin Azərbaycan iqtisadiyyatında iştirakını qeyd edəcəyik.

Belə ki, müasir şəraitdə ölkəmizin iqtisadiyyatına xarici kapital axını artmaqda davam edir, eyni zamanda bir çox sahələrin maliyyələşdirilməsində həm daxili, həmdə xarici mənbələrdən eyni vaxtda istifadə olunur. Xarici mənbələr hesabına maliyyələşmədə əsas yeri alınmış kreditlər tutur. Bu kreditlər konkret bir layihənin həyata keçirilməsi üçün alınır və adətən aşağı faizlə və uzun müddətə ödənilir.

Azərbaycanda regional (Cəmilə Namaz “İnvestisiya dərslik” səh 199) sahələrdə aparılan quruculuq işlərini iki mərhələyə ayırmaq olar. Birinci mərhələ 1969-1982-ci illər, ikinci mərhələ isə Azərbaycan müstəqillik qazandıqdan sonra, 1994 və sonrakı illəri əhatə edir.

Birinci mərhələdə Azərbaycanda iqtisadi siyasətin əsas mahiyyəti respublikamızın təbii və əmək resuslarının istehsal dövriyyəsinə cəlb edilməsi və bu əsasda iqtisadiyyatın dinamik inkişafına nail olmaq idi. Həmin dövr ərzində qazanılmış nailiyyətlər onun aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilməsinə əlverişli şərait yaratmışdır.

Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdə 1994-cü ildən başlayan inkişaf tempi sonrakı illərdə ölkə iqtisadiyyatının surətli inkişafına nail olması, neft və qeyri neft sektorunun inkişaf etməsinə böyük imkanlar açıldı. 2004-cü ildən isə regionların sosial iqtisadi inkişafını gücləndirmək əqsədi ilə yeni tədbirlər planı təstiq edildi. Plana uyğun olaraq bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşlarını regionlara istiqamətləndirilməklə yeni istehsal və xidmət sahələrinin yaradılmasına başlanıldı.

Milli iqtisadiyyatın formalaşmasında və inkişafında xarici investisiyalar mühüm struktur yaradan funksyaları yerinə yetirirlər. Ölkənin bütün sahə sahə strukturunun, o cümlədən texnoloji və təkrar istehsal sturukturunun inkişafı onun hansı sahələrinə vəsait qoyuluşunun tətbiqindən aslıdır. Məlum olduğu kimi xüsusi təyinatlı investisiyyalar əsasən gəlir əldə etmək imkanı daşıyır. Deməli milli iqtisadiyyatın hər hansı bir sahəsinin mənfətlilik səvyəsilə həmin sahənin və ya bölmənin investisiya üstünlüyünün səviyyəsini müəyyənləşdirir. Hər hansı iqtisadi bölmənin mənfətlilik səviyyəsi tətbiq olunacaq investisiyyaların üstünlüyünü müəyyən mühüm sturuktur yaradıcı meyardır. Ona görə də milli iqtisadiyyatın inkişafına yönəldilən investisiyyaların təyinatından aslı olaraq onlar müxtəlif mənfəətlilik səviyyəsinə malik olurlar. Belə ki, dövlət və qeyri-dövlət mənbələrindən tətbiq olunan investisiyyalar hər şeydən əvvəl öz sürət dövrüyyəsinə görə və mənfəətlilik səviyyəsinə görə fərqlənəcəkdir. Ona görə də investisiyaların qeyri-dövlət mənbələri hər şeydən əvvəl kapitalın sürətli dövrüyyəsilə seçilən yüksək rentabelli sahələrdir. Məhz bu amil xarici investisiyaların həcminə təsir göstərir. İqtisadiyyatın aşağı rentabelli sahələrinə bir qayda olaraq investisiyalar, əsasən xarici investisiyyatarın tətbiq olunması həyata keçirilmir. Lakin buna baxmayaraq investisiyyaların tətbiqi və onların həddi milli mənafelərin reallaşması ilə uzlaşmamalıdır. Belə ki, həddindən artıq investisiyyaların cəlb edilməsi infilasiyya prosesinin güclənməsinə və iqtisadiyyatın həddindən artıq gərginliyə düçar olmasına səbəb olur. Digər tərəfdən isə lazım olduğundan az investisiyya qoyuluşu isə defilasiyaya gətirib çıxarır. Bunu nəzərə alaraq milli iqtisadiyyatın inkişafı və formalaşması ilə əlaqədar həyata keçirilən iqtisadi siyasət tətbiq olunacaq investisiyaların xarici mənbələr hesabına optimal həcmini müəyyənləşdirilməlidir. Belə şəraitdə dövlət tərəfindən tətbiq olunan vergi dərəcələri, dövlət məsrəfləri, pul-kredit və büdcə-vergi sahəsində həyata keçirilən tədbirlərin səmərəli strategiyası ilə milli iqtisadiyyatın miqyası tənzimlənməlidir.

Azərbaycanda həyata keçirilən islahatlar cərçivəsində vergi sisteminin liberallaşdırılması, bu sahədə dövlət siyasətinin sahibkarlıqın inkişafı, daxili və xarici investisiyaların ölkənin iqtisadiyyatına cəlb edilməsi baxımından qurulması, vergi qanunvericiliyinin daim təkmilləşdirilməsi zəruriliyi yaranır.

Digər tərəfdən pul-kredit siyasətinin əsas amili olan məcburi ehtiyyatlar siyasətini, açıq bazara çıxmaq əməliyyatını həyata keçirmək zəruridir. Aparılan düzgün büdcə-vergi siyasətinin əsas məsələlərindən biri makroiqtisadi göstəricilərin daha sürətli iqtisadi artımın əldə edilməsini, sahibkarlığın və regionlrın, ümumiyyətlə ölkə iqtisadiyyatının inkişafı üçün maliyyə imkanlarının yaradılmasını təmin etməkdir.

Milli iqtisadiyyatın inkişaf prosesində xarici investisiyalar mərkəzi rol oynayır və iqtisadi artım sürəti haqqında əvvəlcədən informasiya verir. Milli iqtisadiyyatın investisiya prosesivasitəsilə inkişaf etdirilməsi milli gəlirin yüksəldilməsinə və bir sıra əmtəə və xidmətlər üzrə olan təlabatı ödəməklə rəqabət qabiliyyətli məhsulların istehsalına səbəb olur. Belə şəraitdə milli gəlirin həm yığım, həmdə istehlak fondlarına yönəldilən vəsaitlərin həcmi artır. Bu prosesin fasiləsizliyinin təmin olunması yığım və istehlak fondlarına yönəldilən vəsaitlərdən səmərəli istehlak olunmasını tələb edir. Milli gəlir hesabına yaranmış investisiyyalar həm yığım, həm də gəlir formasını alaraq istehsal olunması nəticəsində bir tərəfdən öz artımlarına, digər tərəfdən isə geniş təkrar istehsalı şərtləndirmək ilə milli iqtisadiyyatın miqyasının artmasına səbəb olur. Bu zaman investisiyaların nə qədər səmərəli tətbiq olunursa milli gəlirin artım sürəti bir o qədər yüksək olar, nəticədə isə istehlaka yönəldilən yığımın həm mütləq, həm də nisbi həcmi yüksələr. İnvestisiyanın kifayət qədər yüksək səmərəliyinə nail olunması milli iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun ğartırılmasını təmin etmiş olur.

2004-2013-cü illərdə ölkəmizin ümumi daxili məhsulu ümumilikdə, o cümlədən adambaşına düşən ümumi daxili məhsulun dinamikası aşağıdakı diaqramlarda xarakterizə edilir (şəkil 2.1və 2.2)




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin