Magistratura məRKƏZİ



Yüklə 0,64 Mb.
səhifə8/41
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#34796
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
shirinov ilkin

İnvestisiya (latınca “invest” sözündən olub, tərcüməsi “geyindirirəm” mənasını verir) mənfəət (gəlir) və ya müəyyən sosial səmərə əldə olunması məqsədilə sahibkarlıq və yaxud digər fəaliyyət növləri obyektlərinə uzun müddətə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Belə vəsait və sərvətlər aşağıdakılardır :

  • pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və başqa qiymətli kağızlar;

  • daşınan və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər);

  • müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər;

  • bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan , ancaq patentləşdirilməmiş, texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (“nau-hau”);

  • torpaqdan, sudan və digər təbii ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn başqa əmlak hüquqları;

  • başqa sərvətlər.

Maliyyə baxımından investisiya – mənfəət (fayda) əldə edilməsi məqsədilə iqtisadi (təsərrüfat) fəaliyyətinə yönəldilən bütün növ aktivlərdir – vəsaitlərdir. İqtisadi baxımdan investisiya - əsas (müəyyən hallarda hətta dövriyyə) fondlarının yaradılmasına, genişləndirilməsinə, yenidən qurulmasına və rekonstruksiyasına çəkilən xərclərdir. Əslində investisiya anlayışına münasibət hələ də bir mənalı deyildir. İnvestisiya qoyuluşu nəğd pulun və ya gerbli kağızda əks olunmuş bank hesabının mübadiləsi üzrə xalis maliyyə əməliyyatı yox, maşın avadanlıq və yeni fabrik binası tikintisi kimi real aktivlərin alınması deməkdir. Təbii ki, investisiya anlayışı mənfəət əldə edilməsini (və yaxud sosial məqsədin həyata keçməsini) nəzərdə tutan qoyuluşları əhatə edir. Bu qoyuluşlara sahibkarlıq obyektlərinə və sair sahələrə pul vəsaitləri, səhmlər, qiymətli kağızlar, texnologiyalar, avadanlıqlar, intellektual dəyərlər aid edilir.

İnvestisiyalar istehsal resurslarının artırılmasını və nəticə etibarilə iqtisadi artımın tempini təmin edir. İnvestisiyalar elə kapitaldır ki, onun köməyi ilə milli sərvət artırılır. İnvestisiya sabaha qoyulan vəsaitdir və mahiyyət etibarilə insan kapitalına yönəldilir. Xalq arasında investisiya müəyyən məqsəd naminə istənilən bir iş üçün çəkilən xərclərdir, iş mühitində investisiya maliyyə vasitələrinin genişlətmə, yeniləmə və modernləşdirmə məqsədi ilə istifadə edilməsidir.

İnvestisiya iqtisadiyyatın istehsal və qeyri-istehsal sferalarının uzunmüddətli kapital qoyuluşları proseslərini əks etdirir. Müəyyən qeyd – şərtlərlə investisiyaları aşağıdakı kimi qruplaşdırmaq olar:


  • istehsalın genişlənməsi və modernləşdirilməsinə investisiyalar;

  • istehsal infrastrukturunun yaradılmasına investisiyalar;

  • mal – material ehtiyatlarının yaradılmasına investisiyalar;

  • sosial infrastrukturun yaradılmasına investisiyalar;

  • işçi heyətin hazırlanması və yenidən hazırlanmasına investisiyalar;

  • elm və elmi xidmət.

İnkişaf etmiş ölkələrin iri şirkətləri kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına yönəldilən investisiyalara mühüm əhəmiyyət verir və bunu dünya bazarında mövqelərinin möhkəmləndirilməsinin mühüm istiqaməti hesab edirlər. Get-gedə daha dərindən anlaşılır ki, iqtisadi inkişafın əsas amili olan intellektual məhsul – ona yönəldilən investisiyalardan asılıdır.

İnvestisiya fəaliyyəti anlayışına gəldikdə isə onu demək olar ki, ən ümumi halda bu, vəsait qoyuluşu və həmin vəsaitin reallaşması üçün həyata keçirilən praktiki fəaliyyətin məcmusu sayıla bilər. Əsas fondların yaradılmasına və geniş təkrar istehsalına investisiya kapital qoyuluşu şəklində həyata keçirilir. Bu əsas kapitala investisiya adlanır.

İqtisadi sistemlərdə investisiyaların icra etdiyi əsas funksiyalara - əsas kapitalın artımı və keyfiyyətcə təkmilləşdirilməsinin mikro və makro səviyyələrdə təmin olunması; mütərəqqi struktur dəyişikliklərinin dəstəklənməsi; müxtəlif səviyyələrdə istehsalın səmərəliliyinin elmi-texniki nailiyyətlər bazasında reallaşdırılması aid edilir.

İnvestisiya qoyuluşunda yol verilən yalnışlıq, bir sıra hallarda informasiya təminatındakı problemlərlə əlaqədar olur. “Səhv” investisiya resurslarının səpələnməsinə səbəb olur, proqnozlaşdırılan iqtisadi artımı şərtləndirməyən layihələrdə vəsaitin “batıb qalması” ilə nəticələnir. Odur ki, konyukturanın öyrənilməsinə yönəldilmiş tədqiqatlar investisiyanın səmərəliliyini şərtləndirən əsas amillərdən hesab olunmalıdır.

İnvestisiya fəaliyyətinin subyektləri tərkibcə müxtəlifdir. Bu tərkibə aşağıdakılar aiddir : investorlar, sifarişçilər, iş icraçıları, investisiya fəaliyyəti obyektlərinin istifadəçiləri, malgöndərənlər və s. Bu siyahıda hüquqi şəxsləri ayrıca qeyd etmək lazımdır. Hüquqi şəxslərə banklar, sığorta və vasitəçi təşkilatlar, investisiya fondları aid edilir.

Sahibkarlıq və digər fəaliyyətlərə yönəldilmiş pul vəsaiti, məqsədli bank depoziti, səhm və digər qiymətli kağızlar, əmlak, intellektual mülkiyyət və sairə bank investisiyası hesab edilə bilər.

Bəzən bankların investisiya fəaliyyətinə gəlir əldə edilməsi məqsədilə müəyyən müddətə pul vəsaitinin yerləşdirilməsi üzrə bütün əməliyyatlar aid edilir, başqa sözlə, bankların bütün aktiv əməliyyatları investisiya hesab edilir. Əslində isə bu yanaşma düzgün deyildir. Belə ki, mərkəzi bankda olan vəsaitlər kimi aktivlər, bank üçün işləmədiyinə görə investisiya hesab oluna bilməz.

İnvestorlar və ya investorların müvəkkili olan fiziki və hüquqi şəxslər sifarişçilər ola bilər. İnvestisiya layihəsinin həyata keçirilməsində bu şəxslər iştirak edir və müqavilədə nəzərdə tutulmamışdırsa, digər iştirakçılar sahibkarlıq fəaliyyətinə qarışmırlar.

İnvestisiya bazarının dinamikliyi də onun səmərəliliyini şərtləndirir. Məlumdur ki, investisiyalar, digər şərtlər bərabər olduqda tənəzzül edən müəssisələrdən (sahələrdən) çox səmərə verən müəssisələrə axır. Odur ki, daim risklə əlaqədar və uzunmüddətli dövrü əhatə edən istehsala investisiyaların əlverişli olması təmin edilməlidir. Məsələn, elə mühit yaradılmalıdır ki, istehsala investisiyalardan gəlirlər alternativ qoyuluşlardan (bank əmanətlərinə, ləl-cəvahirata qoyuluşlardan və s.) yüksək olsun.

İnvestorlar azad iqtisadiyyatın prinsiplərinə uyğun olaraq, investisiya fəaliyyətinin həyata keçirilməsində bərabər hüquqlara malikdirlər. İnvestisiyanın həcmi, istiqaməti və səmərəliliyinin müəyyənləşdirilməsində investor, məlum dərəcədə sərbəstdir. Belə ki, investor özünə sərf edən formada investisiyanın reallaşdırılması üçün lazım olan hüquqi və fiziki şəxsləri müqavilə və müsabiqə yolu ilə cəlb edə bilər. Öz vəsaiti və ya cəlb edilmiş vəsait olmasından asılı olmayaraq investor qoyduğu vəsaitin məqsədli tətbiqini tələb etmək hüququndan demək olar ki, həmişə istifadə edir.

İnvestisiya fəaliyyətinin obyektləri kimi aşağıdakılar qəbul edilir :

- qiymətli kağızlar (səhmlər, istiqrazlar və s.);

- iqtisadiyyatın bütün sahələrində yeni yaradılan və modernləşdirilən əsas fondlar və dövriyyə vəsaiti ;

- məqsədli pul əmanətləri ;

- elmi – texniki məhsul və mülkiyyətin digər obyektləri ;

- əmlak hüququ və intellektual mülkiyyət hüququ.

Beynəlxalq təcrübədə investisiyanın iki əsas forması fəarqləndirilir : birbaşa və portfel investisiyalar. Bəzən real investisiyalar adlanan birbaşa investisiyalar kapitalın sənaye, ticarət, xidmət və digər sahələrin müəssisələrinə bilavasitə yerləşdirilməsini nəzərdə tutur. Portfel (və ya maliyyə) investisiyaları isə məlum olduğu kimi, səhmlərə, istiqrazlara və digər qiymətli kağızlara investisiyalardır.

Açıq iqtisadiyyat şəraitində mühüm investisiya fəaliyyəti obyekti ölkə qanunvericiliyinə zidd olmayan xarici investisiyalardır. Xarici investisiyalar milli iqtisadiyyata qabaqcıl texnologiyalar gətirməklə, onun elmi potensialını fəallaşdırır.

Ölkənin elmi potensialının bir qayda olaraq cəmləşdiyi, elmtutumlu və yüksək texnoloji sahələrdə tənəzzül, istehsal komplekslərində həmin sahələrin payının azalması iqtisadiyyatın “primitivləşməsi” adını almışdır. Primitivləşmə meylinə qarşı təsirli vasitə olmaqla, xarici investisiyaların keçid iqtisadiyyatlı ölkələrdə normal bazar münasibətlərinin formalaşması proseslərinə müsbət təsir imkanları genişlənir. Rəqabət qabiliyyətli texnoloji mühitin təşkili, bir çox hallarda xarici kapitalın təsir dairəsində olur. İdarəetmənin qabaqcıl təcrübəsi baxımından da anoloji proseslərin şahidi olmaq mümkündür.

Investisiyasız hər hansı bir dövlətin iqtisadiyyatının normal inkişafı qeyri mümkündür. Makro səviyyədə investisiya aşağıdakılar üçün əsas hesab edilir:



  • geniş təkrar istehsal siyasətinin həyata keçirilməsi;

  • ictimai istehsalın strukturca yenidən qurulması və xalq təsərüfatının bütün sahələrinin proporsianal inkişafı;

  • elmi-texniki tərəqqinin surətləndirilməsi, ölkə məhsullarının keyfiyyətinin yaxşılaşdırılması və rəqabət qabiliyyətliyinin təmin edilməsi;

  • sənayenin zəruri xammal bazasının yaradılması;

  • mülki tikinti, səhiyyənin, mədəniyyətin, ali və orta təhsilin inkişafı və habelə digər sosial problemlərin həlli;

  • işsizlik probleminin qismən və ya tamamilə yumşaldılmasının həlli;

  • ətraf mühitin mühafizəsi;

  • dövlətin müdafiə qabiliyyətinin təmin edilməsi və bir sıra digər məsələlər.

Biz həmişə bu günki istehlak ilə sabahkı istehlak arasında “yol ayrıcında”-yıq. Əgər biz istehsal etdiklərimizi çox hissəsini yığsaq və investisiya etsək, sabah daha çox istehlak etməyə imkanımız olacaqdır. Əksinə, indiki resusların nə qədər çox hissəsini istehlaka istifadə etsək, sabah daha yüksək istehlak səviyyəsinə şansımız bir o qədər az olacaqdır.


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin