Ġybilmə duyğuları. Ġybilmə duyğusu çox müxtəlif
iylərin inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoĢ
yaxud xoĢagəlməz olması baxımından fərqləndirirlər. Ġybilmə
duyğusunun reseptoru burun boĢluğunun yuxarı hissəsində
yerləĢir. Bu hissədə yerləĢən hüceyrələr müxtəlif iylərə qarĢı
çox həssas olur. Cisimlərin havada uca bilən mikroskopik
hissəcikləri hava ilə birlikdə burun boĢluğuna daxil olur və
reseptorlara təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ
gəlir.
Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda, yaxud
tüpürcəkdə həll olunması nəticəsində onların ağız boĢluğunda
dad reseptorlarına təsiri zamanı əmələ gəlir. P.P.Lazarevin
nəzəriyyəsinə görə, ağız boĢluğunda dörd növ dad reseptorları
yerləĢir. Elə bu reseptorlar da dörd növ dad duyğusunun
yaranmasına səbəb olur: Ģirinlik, acılıq, duzluluq, turĢluluq
|