www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
78
78
Dilə yiyələnmə anadangəlmə və yaratma olmaqla
aĢağıdakı mərhələlərdən ibarətdir, irsi amil, nitqin
anlanılmasına cavab verən mexanizmlərin quruluĢuna, dil
mühiti inkiĢafına davranıĢ isə ana dilini mənimsəməyə kömək
edir.
Təfəkkür və nitq. Nitq fikrin mövcudluq formasıdır.
Nitq və təfəkkür arasında vahidlik var. Lakin bu vahidlikdir,
eyniyyət deyil, çünki fikrin ilkin formaları qrammatik
xarakterə malik olduğundan nitq müvafiq sayda sözlərin
köməyi ilə onu dəqiq, düzgün, tam bütöv Ģəkildə ifadə edə
bilmir. Ona görə də nitqlə təfəkkür arasında bərabərlik
qoymaq mümkün deyil.
Nitq o zaman nitq forması alır ki, onun dərk edilmiĢ
mənası olsun. Söz, əyani obrazlar kimi səslə və ya görmə, öz-
özlüyündə nitqi təĢkil etmir. Nitqi yaradan hərəkətlər sistemi,
bütöv nitq prosesi söz və məna arsındakı anlam münasibətləri
ilə tənzim olunur. Nitq intellektual əməliyyatdır. Təfəkkürü
nitqlə eyniləĢdirmək və onlar arasında bərabərlik iĢarəsi
qoymaq olmaz, ona görə ki, nitqin nitq kimi mövcud olması
onun təfəkkürə münasibəti ilə bağlıdır.
Lakin təfəkkürü və nitqi bir-birindən ayırmaq olmaz.
Nitq – fikrin xarici görkəmi deyil, onu dəyiĢməklə fikri
dəyiĢmək olmaz. Nitqlə fikir formalaĢır, lakin fikri
formalaĢdıraraq, onun özü də formalaĢır. Bu ideya Moskva
psixoloqları tərəfindən və müasir rus psixolinqvistləri
tərəfindən geniĢ iĢıqlandırılmıĢdır. Nitq fikrin xarici
vasitəsidir, söz təfəkkür proseslərinə forma kimi, onun
məzmunu ilə bağlı olan bir hadisə kimi daxil olur. Nitq
formasını yaradaraq təfəkkür özü formalaĢır. Təfəkkür və nitq
eyniləĢdirilməyərək
eyni
prosesin
vahidliyinin
təminatçısıdırlar. Təfəkkür nitqdə nəinki ifadə olunur, həm də
onda təkmilləĢir, tamamlanır, icra olunur.
Təfəkkürdə icra olunan obrazlar, nitq funksiyası daĢıyır
və bu obrazlar təfəkkürdə anlamın məzmununun hissi əsasını
təĢkil edir. Nitq formasını yaradan təfəkkürün özü formalaĢır.
|