www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
126
126
uzaqlaşdığını görürsünüz. İmtahana gecikməmək üçün
universitetə qismən yaxın gedən başqa avtobusla getməyə
qərar verirsiniz. Əl qaldırmağınıza baxmayaraq, onlar da
dolu olduğu üçün sizi götürmək üçün saxlamırlar. Artıq
sınağa yarım saat qalıdığı üçün məcbur olub taksi
saxlayırsınız. Yolda tıxac olduğu üçün taksi sizin zənn
etdiyinizdən də ləng getməyə məcburdu. Elə universitetə
azacıq qalmış arxadan gələn maşın sizin maşınla toqquşur.
Sürücü maşını yolun kənarında saxlayaraq, həmin sürücü ilə
mübahisə etməyə başlayır. Bu halda siz həyəcanla saata baxıb
imtahana 8 dəqiqə qaldığını görürsünüz. Sürücü «Mən gedə
bilmərəm» – deyib, yol polisinin gəlməsini gözləyir.
Sürücünün haqqını ödəyib, qalan yolu piyada getməyə məcbur
olursunuz. Auditoriyaya girəndə müəllimin sizi soruşduğunu
eşidirsiniz. Bileti çəkib əyləşəndə, qələmi unudub evdə
qoyduğunuz məlum olur. Belə bir şəraitdə başınızı əlləriniz
arasına alaraq durur və yaxında olan tələbə yoldaşınızdan
qələm istəyirsiniz.
Yuxarıda göstərdiyimiz misalda, tələbənin düĢdüyü
psixi vəziyyət onun keçirdiyi emosional hal, frustrasiya
halıdır. Bu cür halı, psixi vəziyyəti elə dilimizdə iĢlədilən
əngəllənmə sözü ilə ifadə etmək olar. Onda frustrasiyanı,
əngəllənmə duyğusu, hissi kimi xarakterizə etmək olar.
Beləliklə, insanın qarşısına qoyduğu məqsədə nail
olmasına, onu əldə etməsinə real və xəyali surətdə əngəllər
törədən cisim və hadisələrlə qarşılaşdığı zaman keçirdiyi
hisslər frustrasiya və ya əngəllənmə hissi adlanır. BaĢqa sözlə
frustasiya insanın hər hansı bir uğursuzluğa, itgiyə əlacsızlıq
hissi, bihadə sərf olunan cəhdlə müĢayət olunan mənfi –
emosional təəssüratıdır.
Frustrasiya əsasən insanın narazılıq və ya təmin
olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün
olduqda əmələ gəlir. Frustrasiya özünü itirmək, qəzəb
aqressiya, küskünlük, həyəcan, inamsızlıq və s. Ģəkildə
|