www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
132
132
təbiət mənzərələri, insan gözəlliyi, incəsənət əsərləri, ecazkar
musiqi və s. insanda estetik hisslər doğurur. Estetik hisslərə
insan ictimai təcrübəni mənimsəməklə yiyələnmiĢdir. Ġnsan
üçün ən birinci estetik zövq mənbəi elə insanın özüdür.
Psixoterapiyada məhz insanın estetik hisslərinə təsir
göstərməklə onun psixi sağlamlığını bərpa etməyə, müalicəyə
çalıĢırlar. Bu mənada musiqi terapiya, art terapiya və
naturapsixoterapiyada musiqi, incəsənət əsərləri və təbiət
gözəlliklərindən müalicə vasitəsi kimi istifadə olunur. Deməli
estetik hisslər insan Ģəxsiyyətinin həm mənəvi, həm də psixi
sağlamlığının əsas Ģərtini təĢkil edir. Vaxtılə Aristotel
incəsənət əsərlərinin qavranılmasının insanın psixoloji və
fizioloji vəziyyətinə müsbət təsirini qeyd etmiĢ və bu halı
«təmizlənmə» (katarsis) adlandırmıĢdır.
Estetik hisslər insan psixikasına stenik təsir göstərməklə
orqanizmin funksiyasını aktivləĢdirir, bədəni gümrah edir.
Yumor, satira, təbəssüm, gülüĢ, həzz, heyran, həsəd və s.
estetik hisslər hesab olunur. Ġnsan hisslərin köməyi ilə ətrafda
baĢ verən hadisələrə münasibətini bildirir, baĢqaları ilə
qarĢılıqlı münasibətini tənzimləyir, həm də özünün psixoloji
sağlamlığını təmin etməyə cəhd göstərir. Ġnsanın estetik
hisslərinə əxlaqi, intellektual hissləri, eləcə də dünyagörüĢü və
yaĢadığı sosial mühit də təsir göstərir.
Dostları ilə paylaş: