İntellektual (zehni) hisslər – insanın zehni (idrak)
fəaliyyəti ilə əlaqəli Ģəkildə əmələ gəlir. Bu cür hisslər insanı
ətraf aləmin sirlərinə, özünün eləcə də baĢqasının rəftar və
davranıĢının səbəbini daha dərindən dərk etməyə sövq edir.
Maraq, inam, səbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət,
yenilik və s. intellektual hisslər hesab olunur.
Beləliklə intellektual hisslər insanın idrak fəaliyyəti ilə
əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk
etməyə yönəldən mürəkkəb hisslərdir. Təlim prosesində elmi
axtarıĢlar zamanı, yaradıcı fəaliyyətdə zehni hisslərin hesabına
|