www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
14
imkan yaradır. Bunu sosial psixologiyanın sürətlə inkiĢafı bir
daha təsdiq edir. Müasir dövrdə sosial psixologiya insan
münasibətlərinin bütün sahələrinə nüfuz etməklə insanın sosial-
bələdləĢmə davranıĢının psixi xassələrə necə yiyələnməsini
aydınlaĢdırmağa imkan verir.
Psixologiya fəlsəfə elmi ilə ciddi qohumluq əlaqəsinə
malikdir. Bu təsadüfü deyildir. Məlum olduğu kimi psixologiya
müstəqil bir elm kimi fəaliyyət göstərənə kimi fəlsəfənin
daxilində formalaĢmağa baĢlamıĢdır. ġübhəsiz Ģəxsiyyətin
psixoloji «ölçülərini» insan, onun spesifik həyat Ģəraiti,
gerçəkliyi dərk etməsi və fəaliyyət haqqında fəlsəfi biliklərə
istinad etmədən müəyyənləĢdirmək və öyrənmək mümkün
olmazdı.
ġüur, təfəkkür və digər psixi hadisələr insanlara
anadangəlmə, hazır Ģəkildə verilmir. Bunlar ontogenezdə (fərdi
inkiĢaf prosesində) insanın təlim və tərbiyəsi prosesində əldə
edilir. Buradan isə psixologiyanın pedaqogika elmi ilə əlaqəyə
malik olduğu özünü göstərir. Psixologiya və pedaqogika
elmləri arasında baĢlıca əlaqə həmin elmlərin predmetlərinin
yaxınlığı ilə bağlıdır. Əvvala həmin elmlərin obyekti inkiĢaf
etməkdə olan insandır (uĢaq və yaĢlı). Digər tərəfdən,
psixologiya insan psixikasının inkiĢaf qanunlarını öyrənir.
Pedaqogika isə Ģəxsiyyətin inkiĢafının idarə olunması
qanunlarını iĢləyib hazırlayır. Ġnsanın tərbiyəsi, təhsili təlimi
onun
psixikasının,
təfəkkürünün,
fəaliyyətinin
məqsədəyönəlmiĢ Ģəkildə inkiĢaf etdirilməsi deməkdir.
Psixologiya və pedaqogika elmlərinin mühüm qarĢılıqlı
əlaqəsini göstərən amillərdən biri də onların tədqiqat
üsullarındakı eyniyyətdir. Bir çox elmi psixoloji axtarıĢlar
pedaqoji problemlərin həlli üçün vasitə rolunu oynaya bilir. Bir
elmi fənn kimi pedaqogikada pedaqoji faktların izahı, Ģərhi,
sistemləĢdirilməsi üçün psixoloji biliklərdən istifadə olunur.
|