www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
15
Pedaqoji fəaliyyətin nəticələri psixoloji diaqnostikanın köməyi
ilə aĢkara çıxarılır.
Bunlarla yanaĢı olaraq müasir psixologiya elmi öz
qarĢısında duran ümumi və xüsusi vəzifələri həyata keçirərkən
pedaqogika ilə yaxın təmasda fəaliyyət göstərir, pedaqogika
elminin əldə etdiyi nəticələrə istinad edir.
Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx
əlaqə özünə geniĢ yer tutmağa baĢlamıĢdır. Bunun aydın
təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük.
Psixolinqvistika nitq davranıĢını psixoloq və linqvistlərin
kompleks Ģəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir.
Linqvistika və nitqin psixologiyası ilə müqayisədə
psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir.
Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab
edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə -
nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın
predmeti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə
düĢür. Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə
qarıĢdırırlar. Bu cür eyniləĢdirməyə əsas olsa da, hər-halda bu
iki termini bir-birindən fərqləndirən cəhətlər də mövcuddur.
Onların fərqi baĢlıca olaraq öyrənmə predmetində özünü
göstərir. Psixologiya nitqin yaranması, anlaĢılması və
formalaĢmasının gediĢi zamanı öz diqqətini daha çox Ģüurun
psixi
funksiyalarının
xüsusiyyətlərinə
yönəldirsə,
psixolinqvistika bunlarla yanaĢı bu funksiyaların insanların nitq
fəaliyyətində və nitq davranıĢında ifadə vasitələrini (verbal və
qeyri-verbal) də nəzərə almağa çalıĢır.
Psixolinqvistika olduqca gənc elmdir. O, təxminən XX əsr
50-ci illərin sonu, 60-cı illərin əvvəllərində meydana gəlmiĢdir.
Sovet psixolinqvistika məktəbinin «atası» A.A.Leontyev
olmuĢdur.
|