www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
23
ilə tək qalmaq tələb olunurdu. Din xadimləri hesab edirdilər ki,
mövcud olanlar artıq yaradılmıĢdır və əbədi olaraq dəyiĢməz
qalacaqdır. Yeganə radikal dəyiĢiklik yalnız insanın «ikinci
zühuru» zamanı baĢ verəcəkdir. O vaxta qədər isə heçnə
dəyiĢməyəcəkdir.
Lakin bu kimi təzyiqlərə baxmayaraq, artıq feodalizmin
daxilində mütərəqqi psixoloji təlimlər meydana çıxır. Həmin
dövrdə universitet tələbələri ilk mühazirədə professoru
qiymətləndirmək istədikdə deyirdilər: «Bizə ruhi aləm
haqqında danıĢın!».
Digər elm sahələri kimi, psixologiya elmi də tədricən
dinin təzyiqlərindən, buxovundan azad olmağa baĢladı. Antik
dövrlərdə olduğu kimi, elm yenə də obyektiv, rasional
düĢüncəyə, yanaĢmaya, ağıla, inama, real faktlara istinad
etməyə baĢladı. Lakin bununla yanaĢı, dini inamlardan hələ də
tam imtina etmək mümkün deyildi. Buna görə də
psixologiyanın predmeti dəyiĢdi. Onun predmeti ruh, ruhu
aləm deyil, Ģüur, onun məzmunu, formalaĢdırılması yolları
oldu.
Lakin bu dövr ona gətirib çıxardı ki, artıq XVIII əsrdə
faktiki olaraq idrak prosesləri psixologiyanın predmetinə
çevrildi. Eyni zamanda, davranıĢ, emosional proseslər, eləcə də
Ģəxsiyyət, onun inkiĢafı hələ də psixologiyanın predmetindən
kənarda qalırdı. Tədqiqatların belə məhdud dairəsi ilk
dövrlərdə həm də əhəmiyyətli idi. Belə ki, bu vəziyyət
psixologiyaya dini mövqedən uzaqlaĢmağa, sonra isə
eksperimental elmə çevrilməyə imkan yaratdı. Bu həm də onun
müstəqil elm sahəsinə çevrilməsinə, tədqiqat sahəsinin, pred-
metinin fəlsəfədən fərqlənməsinə, ayrılmasına təkan verdi.
Digər tərəfdən isə belə yanaĢma psixologiyanın inkiĢafına
əngəl olurdu. Buna görə də XIX əsrin ikinci yarısında bu
məsələlərə yenidən baxmaq zərurəti yarandı. Biologiyanın
|