www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
21
tapmıĢdır.
Ġlkin elmi təsəvvürlər (ikinci mərhələ). Bu dövr
eramızdan əvvəl VII-VI əsrlərdən baĢlayaraq XVIII əsrin
sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya
elmi fəlsəfənin tərkibində inkiĢaf etmiĢdir. II mərhələnin baĢa
çatması ilə bağlı psixoloji ədəbiyyatda fikir və mövqelər fərq-
lidir. Kimi ilk psixologiya məktəbinin - assosionizmin
yaranmasıyla (XVIII əsrin sonları), kimi də fəlsəfə və təbiət
elmlərindən fərqli psixologiya terminlərinin yaranmasıyla
(XIX əsrin ortaları) II mərhələnin baĢa çatdığını qəbul edir.
Psixologiyanın inkiĢafının mərhələlərə ayrılması digər
elmlərdə olduğu kimi Ģərti xarakter daĢıyır. Bəzən psixologiya
elminin müstəqil elm sahəsi kimi yaranmasını V.Vundtun
eksperimental
psixologiya
laboratoriyasının
yaranması
tarixindən götürməyi təklif edənlər də var. Bunlarla yanaĢı
psixologiyanın müstəqil elm sahəsi kimi daha əvvəlki
dövrlərdən meydana çıxdığını qəbul edənlər də olmuĢdur. Bu,
psixologiyanın müstəqil Ģəkildə predmetinin müəyyənləĢməsi,
humanitar və təbiət elmləri sistemində öz yerini tutması,
psixikanın daxili və xarici təzahürlərinin eyni vaxtda
öyrənilməsi ilə bağlıdır. Psixologiyanın müstəqil mövqeyi
onun bir fənn kimi üniversitetlərdə tədris olunması ilə də
əlaqələndirilir. Bu isə XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə
təsadüf edir.
Psixoloqların böyük əksəriyyəti psixologiya elminin
müstəqil elm sahəsi kimi meydana çıxmasının tarixini XIX
əsrin ikinci yarısından, eksperimental psixologiyanın
yaranması tarixindən götürməyi daha düzgün hesab edirlər.
Ġstənilən halda qəbul etmək lazımdır ki, psixologiyanın
müstəqil elm sahəsi kimi mövcudluğu tarixi onun fəlsəfənin
tərkibində inkiĢafı tarixindən qat-qat azdır. Təbii ki, fəlsəfənin
tərkibində olduqda belə bu elm inkiĢaf etmiĢ, onun predmeti,
məzmunu təkmilləĢmiĢdir.