www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
19
sürülmüĢdür. Diferensial psixologiyanın əsas metodu testlər
olmuĢdur. Ġlk dövrlər bu testlər fərdi testlər olmuĢ, sonra qrup
testləri meydana gəlmiĢ daha sonra isə proyektiv testlər
yaranmıĢ və onlardan istifadə olunmuĢdur.
Psixologiyanın xüsusi sahələrinə genetik psixologiyanı
da aid etmək olar. Genetik psixologiya psixika və davranıĢın
irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir.
YaĢ psixologiyası, differensial və genetik psixologiya birlikdə
uĢağın psixi inkiĢafının qanunlarını baĢa düĢmək üçün elmi
əsas təĢkil edir.
Müasir dövrdə psixologiyanın diqqəti daha çox cəlb edən
sahələrindən biri sosial psixologiyadır. Sosial psixologiya
birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda
Ģəxsiyyətlərarası münasibətlər sistemini, həmin münasibətlər
sisteminin bütünlüklə qrupun, eləcə də ayrı-ayrı fərdin
psixologiyasındakı inikasını öyrənən elm sahəsidir. Bu cür
biliklər tərbiyənin psixoloji cəhətdən düzgün təĢkili üçün
zəruridir.
Pixologiyanın mühüm sahələrindən biri olan hüquq
psixologiyası insan tərəfindən hüquq normaları və davranıĢ
qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin
reallaĢması ilə bağlı olan psixoloji məsələləri aydınlaĢdırır.
Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah-
əmək psixologiyası və s. bölmələri vardır.
Müasir psixologiyanın özünə xüsusi yer tutmuĢ
sahələrindən biri kimi tibb psixologiyasını qeyd etmək olar.
Tibb psixologiyası həkimin fəaliyyətinin və xəstənin
davranıĢının, onun gigiyena, profilaktika, diaqnostika, müalicə,
ekspertiza və reablitasiyasının psixoloji aspektlərini öyrənir.
Tibb psixologiyası özünə klinik psixologiya, patopsixologiya,
neyropsixologiya,
somatopsixologiya,
ümumi
tibb
|