MahirəNərimanqızı


I.1.3.  Psixologiya  elminin inkiĢaf  mərhələləri



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə17/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   13   14   15   16   17   18   19   20   ...   884
I.1.3.  Psixologiya  elminin inkiĢaf  mərhələləri 

 

Psixologiya elmi öz inkiĢafında müxtəlif mərhələlərdən 



keçmiĢdir. Bunlar aĢağıdakılardan ibarətdir: 

Elməqədərki  I  mərhələ.  Qədim  dövrdən  baĢlayaraq 

bizim  eradan  əvvəlki  VII-VI  əsrlərə  qədərki  dövrü  əhatə  edir. 

Bu dövrdə  ruh (psixika) haqqında təsəvvürlər çoxsaylı mif və 

əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

21 


tapmıĢdır. 

Ġlkin  elmi  təsəvvürlər  (ikinci  mərhələ).  Bu  dövr 

eramızdan  əvvəl  VII-VI  əsrlərdən  baĢlayaraq  XVIII  əsrin 

sonuna  qədər  olan  dövrü  əhatə  edir.  Bu  dövrdə  psixologiya 

elmi  fəlsəfənin  tərkibində inkiĢaf etmiĢdir.  II  mərhələnin baĢa 

çatması ilə bağlı psixoloji ədəbiyyatda fikir və mövqelər fərq-

lidir.  Kimi  ilk  psixologiya  məktəbinin    -  assosionizmin 

yaranmasıyla  (XVIII  əsrin  sonları),  kimi  də  fəlsəfə  və  təbiət 

elmlərindən  fərqli  psixologiya  terminlərinin  yaranmasıyla 

(XIX əsrin ortaları) II mərhələnin baĢa çatdığını qəbul edir. 

Psixologiyanın  inkiĢafının  mərhələlərə  ayrılması  digər 

elmlərdə olduğu kimi Ģərti xarakter daĢıyır. Bəzən psixologiya 

elminin  müstəqil  elm  sahəsi  kimi  yaranmasını  V.Vundtun 

eksperimental 

psixologiya 

laboratoriyasının 

yaranması 

tarixindən  götürməyi  təklif  edənlər  də  var.  Bunlarla  yanaĢı 

psixologiyanın  müstəqil  elm  sahəsi  kimi  daha  əvvəlki 

dövrlərdən meydana çıxdığını qəbul edənlər də olmuĢdur. Bu, 

psixologiyanın  müstəqil  Ģəkildə  predmetinin  müəyyənləĢməsi, 

humanitar  və  təbiət  elmləri  sistemində  öz  yerini  tutması, 

psixikanın  daxili  və  xarici  təzahürlərinin  eyni  vaxtda 

öyrənilməsi  ilə  bağlıdır.  Psixologiyanın  müstəqil  mövqeyi 

onun  bir  fənn  kimi  üniversitetlərdə  tədris  olunması  ilə  də 

əlaqələndirilir. Bu isə XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə 

təsadüf edir.  

Psixoloqların  böyük  əksəriyyəti  psixologiya  elminin 

müstəqil  elm  sahəsi  kimi  meydana  çıxmasının  tarixini  XIX 

əsrin  ikinci  yarısından,  eksperimental  psixologiyanın 

yaranması tarixindən götürməyi daha düzgün hesab edirlər.  

Ġstənilən  halda  qəbul  etmək  lazımdır  ki,  psixologiyanın 

müstəqil  elm  sahəsi  kimi  mövcudluğu  tarixi  onun  fəlsəfənin 

tərkibində inkiĢafı tarixindən qat-qat azdır. Təbii ki, fəlsəfənin 

tərkibində  olduqda  belə  bu  elm  inkiĢaf  etmiĢ,  onun  predmeti, 

məzmunu təkmilləĢmiĢdir. 




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin