MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə25/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   21   22   23   24   25   26   27   28   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



28 

Deməli,  xalqın  etnogeni  ilə  mühiti  arasında  uyğunluq 

olduqda  xalq  inkiĢaf  edir.  Onların  arasında  ziddiyyət  olduqda 

isə mənəviyyatda, əxlaqda deformasiya baĢ verir. Bəzən xalqın 

etnogeninə,  düĢüncə  tərzinə  yad,  yabançı  olanı  ona  doğru, 

düzgün kimi təqdim edir, inandırmağa çalıĢırlar. 

Psixoloji  fikrin  inkiĢaf  mərhələlərinin  müəyyənləĢdiril-

məsində Ģifahi xalq ədəbiyyatının, klassiklərimizin yaratdıqları 

əvəzsiz xəzinədir. 

«Kitabi-Dədə Qorqud»da baĢlıca ideyalardan biri əsarət-

dən, mütilikdən, kökünə, soyuna dönük çıxmaqdan ölümün üs-

tün  tutulmasıdır.  Etibar,  inam,  sədaqət,  ləyaqət  aparıcı 

xətlərdən  birini  təĢkil  edir.  Beyrəyin  niĢanlısı  yalnız  onun 

dirisinə yox, ölüsünə də sadiq qalacağını bildirir: «Erkək sinəyi 

(milçəyi) üzərimə qondurmam», - deyir. 

Dastanda  ən  çox  diqqəti  cəlb  edən  azadlıq,  azad  fikir, 

qadın  və  kiĢi  bərabərliyi,  qadının  uca,  yüksək  tutulmasıdır. 

Qanlı  Qoca  oğlu  Qanturalı  evləndirmək  istəyir  və  ondan  nə 

sayaq  qız  itsədiyini  soruĢur.  Qantural  deyir:  «Baba,  mən 

yerimdən  durmadan  ol  durmuĢ  ola,  mən  qanlı  kafər  əlinə 

varmadan ol varmıĢ, mənə baĢ gətirmiĢ ola». 

Mərdlik,  məğrurluq,  qeyrət  eynilə  qıza,  qadına  da  xas 

olub.  Ərləriylə,  sevgililəriylə  bir  meydanda  döyüĢən  qadınlar 

eyni  zamanda  onların  qürurunu  sındırmamağa,  kiĢilərin 

yanında  qürrələnməməyə  çalıĢıblar:  «Öyünərsə  ər  öyünsün  – 

aslandı.  Öyünməklik  övrətlərə  böhtandır.  Öyünməklə  övrət  ər 

olmaz», - deyiblər. 

Dədə Qorqud dünyasının əxlaq qaydaları, mərdlik, ləya-

qət,  Ģərəf,  nəciblik  anlayıĢları  azərbaycanlı  psixologiyasının, 

xarakterinin  təməlidir.  Zaman-zaman  dəyiĢən,  zənginləĢən, 

bəziləri itib-batan, bir çox keyfiyyətləri deformasiyaya uğrayan 

azərbaycanlı  psixologiyasının  etnogeni,  nüvəsi  Dədə  Qorqud 

dövründə təĢəkkül tapmıĢ, formalaĢmıĢdır. 

Dədə Qorqud fəlsəfəsi bəĢəridir, ölməzdir, insanı saflaĢ-





Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin