MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə23/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   19   20   21   22   23   24   25   26   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



26 

tarixinin  araĢdırılmasını  dünya  psixologiya  elminin  inkiĢafı 

kontekstindən ayırmamağı lazım bildik. 

Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki 

psixologiyanı  eyni  zamanda  «güzəran  psixologiyası»  adlan-

dırırlar. Onlar yazırlar: «Güzəran psixologiyasına aid biliklərin 

mənbəyini  ictimai  və  Ģəxsi  təcrübə  təĢkil  edir.  Hələ  qədim 

zamanlardan  baĢlayaraq  bu  biliklər  nəsildən-nəslə  verilmiĢ 

müxtəlif  obrazlı  ifadələrdə,  atalar  sözlərində,  bayatılarda, 

nağıllarda, dastanlarda və s.-də özünün əksini tapmıĢdır. Bizim 

hər  birimiz  bu  bilikləri  ətraf  adamlardan,  eləcə  də  Ģifahi  xalq 

ədəbiyyatı  vasitəsilə  mənimsəyirik.  Ġnsanın  Ģəxsi  təcrübəsində 

həmin  biliklər  daha  da  dəqiqləĢir,  yeni  məna  çalarları  kəsb 

edir». 


Onlar daha sonra  yazırlar:  «Güzəran psixologiyasına aid 

olan biliklərdə biz hətta müasir psixologiya üçün maraqlı olan 

müəyyən  faktlara  rast  gəlirik.  Lakin  onların  hamısı  üçün  bir 

cəhət  səciyyəvidir  –  güzəran  psixologiyasında  faktlar  ardıcıl 

Ģəkildə izah edilmir, sübut olunmur». 

Ġnsanlar lap qədimlərdən qarĢılıqlı münasibətlərdə olduq-

ları,  ünsiyyətə  girdikləri  insanları  öyrənməyə,  anlamağa,  dərk 

etməyə çalıĢmıĢ, bunun üçün müĢahidələr aparmıĢlar. Tədricən 

toplanan  biliklər  ümumiləĢdirilmiĢ,  dildən-dilə,  ağızdan-ağıza 

keçərək  ümuminin,  hamının  qəbul  etdiyi  fikirlər  olmuĢdur. 

Bunlar  bayatılar,  nağıllar,  atalar  sözləri,  nəğmələr,  laylalar, 

miflər,  əfsanələr  və  s.  Ģəklində,  lakonik  dillə  çatdırılmıĢdır. 

Demək  olar  ki,  elmi  psixologiyanın  tədqiq  etdiyi  sahələr 

içərisində  elə  bir  problem  yoxdur  ki,  xalq  yaradıcılığında  da 

ondan bəhs olunmasın, münasibət bildirilməsin. 

Xalq  yaradıcılığında  xalqın  düĢüncə  və  davranıĢ  tərzi, 

ayrı-ayrı  dövrlərdə  baĢ  verən  hadisələrə  münasibəti  öz  əksini 

bariz  Ģəkildə  tapır.  Yəni  hadisələrə  münasibət,  onun  təhlili, 

ümid və istəklər bu yaradıcılığın əsasını təĢkil edir. 

Psixoloji  fikrin  yaranması  və  inĢasının  digər  bir  istiqa-

məti  isə  yazılı  ədəbiyyat, filosof və  yazıçıların,  Ģairlərin  yara-




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin