MahirəNərimanqızı


I V . 8 . 2 .     D u y ğ u l a r ı n   t ə s n i f a t ı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə27/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   23   24   25   26   27   28   29   30   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



30 

tərbiyə ön plana keçdi. ġair, filosof, mütəfəkkirlərin əsərlərində 

nəsihətçilik  əsas  yer  tutdu.  Mənəviyyat  məsələləri  önə  keçdi. 

Yalnız  mənəviyyat,  maddidən  imtina  çağırıĢları  öz  təsirini 

göstərdi.  Maddiliyin  ikinci  olması  maddiyə  maraq  və  tələbatı 

artırdı.  Lakin  bu,  aĢkar  deyil,  gizli  mahiyyət  daĢıdı.  Ona  görə 

də  deyilirdi:  «Vaiz  özü  lüm-lüm  udur  batində,  ancaq  zahirdə 

dediyi mənaya bir bax». 

Bu mənada məĢhur hind filosofu Vivekananda gözəl de-

yib:  «ġərqin  heyrətamiz  ruhi  nailiyyətlərini  Qərbin  eyni  dərə-

cədə heyrətamiz maddi nailiyyətləri ilə bölüĢdürmək lazımdır». 

Müxtəlif dövrləri, ictimai tarixi Ģəraiti öyrənən əksər təd-

qiqatçılar konkret tarixi Ģəraitdə yaĢayan insanların dünyagörü-

Ģü,  Ģəxsiyyəti  və  mənəviyyatını  tədqiq  edərkən  həmin  dövrün 

insanlarının psixologiyasının öyrənilməsini vacib Ģərt kimi irəli 

sürmüĢlər. Belə yanaĢmanın səmərəliliyi bir də ondadır ki, hər 

bir konkret dövr həyat tərzi, mənəvi dəyərləri baxımından bən-

zərsiz,  təkrarolunmazdır.  Bütün  bunlar  isə  insana  özünün 

təsirini  göstərir,  ictimai-tarixi  Ģəraitə  uyğun  Ģəxsiyyətlər 

formalaĢdırır.  

Məlumdur  ki,  qədim  dövrün  insanlarının  daxili  dünyası, 

xarakteri,  maraqları,  tələbatı  orta  əsrlərin  və  müasir  dövrün 

adamlarından fərqli olmuĢdur.  

Əlbəttə, biz bu fərqləri heç də bütləĢdirmək istəmirik. Bu 

fikri  qəbul  edirik  ki,  adət-ənənə,  tarixi  və  mədəni  nailiyyətlər 

nəsildən-nəslə  keçərək  eyni  millətə,  xalqa,  coğrafi  məkana 

məxsus  insanlarda  əsrlər  boyu  davam  edən  oxĢar  xarakterli, 

dünyagörüĢlü,  uyğun  psixoloji  tipli  Ģəxsiyyətlər  də  formalaĢ-

dırır. 

Nizami, Xəqani, Nəsimi, Füzuli və digər mütəfəkkirlərin 

yaradıcılığında  həm  qədim  türk,  həm  də  islam  dəyərləri  bir 

tərəfdən  qovuĢmuĢ,  vəhdətdə  götürülmüĢ,  digər  tərəfdən  zid-

diyət təĢkil etmiĢdir. 

Nizami  Ģeyxdir,  islamın  tədqiqatçısıdır.  Əsərlərini  fars 

dilində  yazıb.  Amma  mənĢəcə,  xaraktercə  türkdür.  O,  əsərlə-




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin