www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
27
dıcılığıdır. Bu mənada «Kitabi-Dədə Qorqud» dastanı, S.ġirazi,
Nizami, N.Tusi, Nəsimi, Füzuli, M.F.Axundov, Sabir, C.Məm-
mədquluzadə və digər mütəfəkkirlərin yaradıcılığı Azərbaycan
psixoloji fikrinin yaranması, inkiĢafı və formalaĢmasında
əhəmiyyətli rol oynamıĢdır. Onların yaradıcılıığı bir tərəfdən
xalqın təfəkkür tərzinin inkiĢafına təkan vermiĢ, digər tərəfdən
bu əsərlərin özündə həyat reallıqları əksini tapmıĢdır. Yəni
Azərbaycan xalqının keçdiyi inkiĢaf yolunun mərhələlərini
müəyyənləĢdirməkdə bu əsərlər gözəl bir mənbədir.
Professor Ə.S.Bayramov yazır: «Hər bir xalq və ya etnos
özünü düzgün dərk edib qiymətləndirmək və tərəqqiyə nail
olmaq üçün yalnız özünün sosial-iqtisadi tarixi keçmiĢinə
deyil, həm də öz psixoloji keçmiĢinə dərindən bələd olmalıdır».
Azərbaycan xalqının islam dininin Azərbaycana gəliĢinə
qədərki həyat, məiĢət və təfəkkür tərzi Ģifahi xalq ədəbiyyatın-
da və «Kitabi-Dədə Qorqud» dastanında çox bariz Ģəkildə öz
əksini tapmıĢdır.
Dastanda totemizmin, Ģamanizmin, çoxallahlığın xeyli
açıq və gizli əlamətləri vardır. Əsərdə Basatı aslan bəsləyir və
eyni zamanda Basat deyir: «Anam adın sorar olsan Qaba Ağac,
atam adın deyirsən Qocan Aslan, mənim adım sorarsan Aruz
oğlu Basat».
Dastan belə baĢlayır: «Xanım hey!»
Belə bir baĢlanğıc, «hey» nidadır, niskildir, çağırıĢdır. Əl
çatmayan, ötüb keçmiĢ, yanğı yaradan bir hissdir. Daxilin,
genin, idrakın uyuĢmadığı bir mühitə düĢərək xiffəti,
fəryadıdır.
Tarixçi Gizo yazırdı: «Elə ki, xalqların arxasında uzun və
Ģərəfli tarix durdu, onlar nə qədər çalıĢsalar da, bu keçmiĢdən
ayrıla bilməyəcəklər. Onlar hətta bu keçmiĢi məhv etməyə
çalıĢdıqları zaman belə onun təsiri altında olacaqlar».
Qədim türklər islamdan qabaq çoxallahlı idilər. Onlar öz
qılınclarına and içir, suyla xəbərləĢir, qurd üzü mübarəkdir
deyirdilər.
|