MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə114/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   110   111   112   113   114   115   116   117   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



102 

oyun,  təlim  və  əmək  fəaliyyətini  aid  edirlər.  Fəaliyyətin  bu 

növlərindən  biri  müəyyən  yaĢ  dövründə  aparıcı  fəaliyyət, 

digərləri  isə  köməkçi,  yardımçı  fəaliyyət  kimi  özünü  göstərir. 

Belə  ki,  məktəbəqədər  yaĢ  dövründə  oyun  aparıcı  fəaliyyət  

növü  hesab  olunur.  Bu  dövrdə  uĢaqlar  öz  tələbatlarını  əsasən 

oyunun  köməyi  ilə  ödəyirlər.  Bununla  yanaĢı  olaraq  həmin 

dövrdə  uĢaqlar  həm  öyrənir,  həm  də  sadə  özünəxidmət 

əməyindən  istifadə  edirlər.  Məktəb  yaĢı  dövründə  aparıcı 

fəaliyyət  təlim  fəaliyyəti  olur.  Bu  dövrdə  Ģagirdlər  həm 

oyundan, həm  də  əmək  məĢğələlərindən istifadə  edirlər. YaĢlı 

adamlar  üçün  aparıcı  fəaliyyət  əmək  fəaliyyəti  olsa  da  bu 

dövrdə  adamlar  oyundan  və  təlim  fəaliyyətindən  də  istifadə 

edirlər.  

Oyun,  təlim  və  əməklə  yanaĢı  olaraq  psixoloji 

ədəbiyyatda ünsiyyəti də əsas fəaliyyət növü kimi qeyd edirlər. 

Həqiqətən  həyatının  bütün  dövrlərində  insanlar  ünsiyyətə 

hədsiz tələbat hiss edir, bir-biriləri ilə informasiya mübadiləsi, 

qarĢılıqlı  təsir  və  bir-birini  qavrama,  anlama  prosesini  həyata 

keçirirlər.  Sonrakı  fəsildə  ünsiyyətdən  geniĢ  bəhs  olunduğuna 

görə  burada  oyun,  təlim  və  əmək  fəaliyyətinin  psixoloji 

xüsusiyyətləri  və  onların  insanın  psixi  inkiĢafında  rolunu 

qısaca nəzərdən keçirək.  

Oyun – elə fəaliyyət növüdür ki, onun nəticəsində heç bir 

maddi  və  mənəvi  məhsul  əldə  edilmir  (yaĢlıların  və  uĢaqların 

iĢgüzar  və  quraĢdırma  oyunlarından  baĢqa).  Oyun  ən  çox 

əyləncə  xarakteri  daĢıyır,  istirahət  məqsədi  güdür.  Oyunun 

məqsədi  «fəaliyyətin»  köməyi  ilə  əldə  ediləcək  praktik 

nəticələr deyil, yerinə yetiriləcək «fəaliyyətin» özü olur.  

Oyunun 

müxtəlif 

tipləri 

mövcuddur. 

Bunlara 

aĢağıdakıları  aid  etmək  olar:  əĢyavi  və  süjetli,  hərəki  və 

didaktik, fərdi və qrup halında, rollu və qaydalı oyunlar və s.  

ƏĢyavi  oyunlar  insanın  oyun  fəaliyyətinə  hər  hansı  bir 

əĢyanı  daxil  etməsi  ilə  bağlıdır.  ƏĢyalarla  əlaqədar  olaraq 

aparılan  oyunlar  insanların  həmin  Ģeylərə  münasibətləri  ilə 





Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin