MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə115/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   111   112   113   114   115   116   117   118   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

103 


bağlı  funksiyaları  kimi  çıxıĢ  etməyə  baĢlayır.  Süjetli  oyunlar 

müəyyən  ssenari  üzrə  aparılır  və  bu  zaman  həmin  ssenarinin 

əsas  detalları  əks  etdirilir.  Bağça  yaĢının  sonunda  uĢaqlarda 

sosial  təcrübənin  geniĢlənməsi  süjetli  oyunların  məzmununun 

geniĢlənməsinə  səbəb  olur.  Nəticədə  tədricən  oyunun 

məzmunu praktik iĢləri təkrar etməkdən insanların əlaqələrinin 

təsvirinə  keçir.  Hərəki  oyunlar  bilavasitə  hərəkətlərlə  icra 

olunur.  Bu  cür  oyunlar  hərəki  vərdiĢlərin  inkiĢafına  kömək 

edir.  Didaktik  oyunlara  gəldikdə  bu  cür  oyunlar  öyrətmə 

xarakteri daĢıyır. Məsələn, «nə yerini dəyiĢmiĢdir?», «səsindən 

tanı» tipli oyunların köməyi ilə uĢaqlarda müĢahidəçilik, dəqiq 

qavrama imkanları inkiĢaf etdirilir.  

Oyunlar  fərdi  və  qrup  halında  da  aparılır.  Fərdi  oyun 

ancaq  bir  nəfər  tərəfindən  həyata  keçirilir.  Qrup  halında 

oyunlarda  isə  bir  neçə  nəfər  iĢtirak  edir.  Rollu  oyunlara 

gəldikdə  bu  zaman  oynayan  adam  (uĢaq  və  ya  yaĢlı)  oyun 

zamanı müəyyən rolu öz üzərinə götürür və həmin rola uyğun 

hərəkət  edir.  Məsələn,  uĢaq  müəllim,  həkim  rollarını  oynayır. 

Öz oyuncaqlarına «dərs deyir», onları «müalicə» edir və s. Bu 

zaman  uĢağın  iĢi  onun  indiki  anda  istifadə  etdiyi  Ģeylərin 

xüsusiyyətləri  ilə  deyil,  müəllimin,  həkimin  vəzifəsi  haqqında 

təsəvvürlə idarə olunur.  



Qaydalı  oyunlar  müvafiq  qaydalara  əsasən  aparılır  və 

oynayanlar  bu  qaydalardan  kənara  çıxa  bilmirlər.  Ġndi  artıq 

iĢlər  mücərrəd  tələblər  və  qaydalarla  tənzim  olunur.  Çox  vaxt 

həyatda oyunun əĢyavi-rollu, süjetli-rollu, süjetli-qaydalı və s. 

kimi qarıĢıq tipinə də rast gəlmək olur.  

Yuxarıda qeyd edildiyi kimi, oyun məktəbəqədər dövrdə 

aparıcı fəaliyyət növü olub uĢaqların həm  fiziki, həm də psixi 

inkiĢafında mühüm rol oynayır. M.Qorkinin qeyd etdiyi kimi, 

oyun  uĢağın  yaĢadığı  və  gələcəkdə  dəyiĢdirilməli  olduğu 

mühiti  dərk  etmə  yoludur.  Oyun  uĢağın  tələbatını  ödəməklə 

yanaĢı,  yaĢlılarla  ünsiyyət  saxlamaq,  həyatı  baĢa  düĢmək, 

ətrafdakıları  təqlid  etmək  və  bu  yolla  bir  növ  gələcək  həyata 





Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin