IV.13.4. Hisslərin keçirilməsi formaları
Hisslər yaranma sürətinə, qüvvəsinə və davamlılığına
görə müxtəlif Ģəkildə keçirilə bilir. Bu baxımdan hisslərin
aĢağıdakı əsas keçirilmə formalarını qeyd etmək olar:
əhvallar, affektlər, gərginlik, frustrasiya.
Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik
olan, xeyli müddət davam edən emosional haldır. Səhər
eĢitdiyimiz xoĢ bir xəbər bütün gün gümrah, Ģən əhval-
ruhiyyə keçirməyimizə səbəb ola bilər. Bu baxımdan əhval
xeyli müddət insanın davranıĢına və psixi proseslərinə təsir
edən ümumi emosional haldır. Ġnsanda yaranan əhvallar
müsbət və ya mənfi xarakter daĢıya bilər. Məsələn, müsbət
xarakter daĢıyan gümrah, Ģən, iĢgüzar əhval xeyli müddət,
bəzən bir və ya bir neçə gün davam etməklə insanın
fəaliyətinə də öz müsbət təsirini göstərə bilir. Bunun təsiri
|