MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə498/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   494   495   496   497   498   499   500   501   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

162 



162 

V.16.3. Xarakter haqqında təlimlər tarixindən 

 

        Xarakteri tədqiq etmək cəhdləri hələ qədim zamanlardan 

olmuĢdur.Xarakterin  təsnifatı  üzrə  ilk  cəhd  Platona 

məxsusdur. O etik prinsiplər əsasında xarakterin tipologiyasını 

yaratmıĢdır.  Qədim  yunan  ədəbiyyatında  Afina  cəmiyyətində 

yayılmıĢ  xarakter  tipologiyasını  Teofrast  təsvir  etmiĢdir. 

Xarakterin  tədqiqatına  zahiri  görünüĢün  onun  müəyyən 

Ģəxsiyyət  tipinə  məxsusluğu  arasında  bağlılıq  haqqında  elm-

fizioqnomika əhəmiyyətli dərəcədə təsir göstərmiĢdir.    

        XIX əsrin birinci yarısında xarakter haqqında elm yaran-

mağa  baĢladı.  Frenologiyanın    yaradıcısı  Qall  insan  xarak-

terinin  təĢəkkül  tapdığı  27  elementar  psixi  xüsusiyyətləri 

sadalayır,  onların  arasında  artıq  –  törəmə  instinkti,  övlada 

məhəbbət,  bağlılıq,  dostluq,  dağıdıcı  instinkt,  mübarizəyə  və 

özünü müdafiəyə meyillilyi qeyd etmək olar. 

        XIX  əsrin  sonlarında  xarakter  problemləri  üzrə  ilk 

maraqlı  əsərlər    kimi: F.Cordonun  “Ġnsanın  genealogiya  və 

bədəni  nöqteyi-nəzərdən  xarakter”  və  F.Polanın  “Xarakterin 

psixologiyası” kitabları meydana gəlir.  

        XX əsrin  əvvələrində A.F.Lazurski ilk dəfə olaraq təkcə 

insanın  subyektiv  xüsusiyyətlərini  deyil,  həm  də  onun  dünya 

görüĢünü,  “ictimai  baxıĢlarını”  nəzərə  alan  xarakterin 

psixosial  təsnifatını  yaratmağı    təklif  etdi.  Lazurski  insanın 

ətraf mühitə uyğunlaĢma dərəcəsindən və ətraf mühitin insana 

hansı dərəcədə təzyiq göstərməsindən asılı olaraq üç psixoloji 

səviyyə ayırd edirdi: aşağı səviyyə – kifayət qədər uyğunlaĢma 

qabiliyyəti  olmayan  insanlar;  orta  səviyyə  -  ətraf  mühitdə  öz 

yerini  tapa  bilən  və  ondan  öz  məqsədləri  üçün  istifadə  edə 

bilən insanlar; ali səviyyə - yaradıcı səviyyədir. O ətraf mühiti 

dəyiĢdirməyə çalıĢan insandır. 

        Bu üç uyğunlaĢma və  üstünlük səviyyələrini nəzərə alma 

əsasında  Lazurski  xarakterin  aĢağıdakı  təsnifatını  təklif 

etmiĢdir: 


Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   494   495   496   497   498   499   500   501   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin