www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
236
236
VI.20.1. UĢağın məktəb həyatının ilk dövrünün
psixoloji xüsusiyyətləri
Kiçik məktəb yaĢının baĢlanğıcı və sonu ilə
əlaqədar özünü göstərən psixoloji dəyiĢiklik. Kiçik məktəb
yaĢı 6-10 yaĢı əhatə edir. Bu dövrün baĢlıca xüsusiyyətləri-
uĢağın məktəbli olması, əsas fəaliyyətini təlim fəaliyyəti təĢkil
etməsindən ibarətdir. Bu dövrdə inkiĢafetdirici oyunlar
təlimdən sonra ikinci yeri tutur. Bu dövr bir növ keçid dövrü
olub, məktəbəqədər dövrün xüsusiyyətləri ilə məktəblinin
xüsusiyyətlərini birləĢdirir. ġəxsiyyətin bir çox psixi
xüsusiyyətlərinin əsası məhz bu dövrdə qoyulur. Məktəbə
təzəcə daxil olduğu vaxt rastlaĢdığı çətinliklər kiçik məktəb
yaĢının sonunda aradan qalxmıĢ olur, təlim fəaliyyəti oyundan
tamamilə fərqli xüsusiyyətlərini əldə edir.
Məktəbə təzəcə daxil olan uĢaq bir sıra problemlərlə
qarĢılaĢır. O, artıq Ģagirddir. Buna görə də Ģagirdlər üçün
nəzərdə tutulan qaydalara əməl etməli, həmiĢə eyni vaxtda
zənglə sinfə girib sinifdən çıxmalı, bütün dərs ərzində sakit
oturmalı, sinifdən çıxmaq və ora daxil olmaq üçün
müəllimdən icazə almalı, onun bütün tələb və göstəriĢlərini
yerinə yetirməli olur. Bunlarla yanaĢı olaraq uĢağın ünsiyyət
sahəsi geniĢlənir, tamamilə yeni adamlarla: müəllimlər və
həmyaĢıdları ilə rastlaĢır, onlarla birgə fəaliyyət zamanı
ünsiyyətə girməli olur. Müəllim onun yeni nüfuz sahəsinə
çevrilir. Tədricən sinif kollektivində qarĢılıqlı münasibətlər
formalaĢır. Bütün bunlara uĢaqlar asanlıqla alıĢa bilmirlər.
Burada uĢağın məktəbə psixoloji hazırlığından çox Ģey asılı
olur.
Dostları ilə paylaş: |