www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
255
255
255
255
255
255
255
255
255
VI.21.3. Yeniyetmələrdə yaĢlılıq hissi və meylinin
formalaĢması
Yeniyetməlik dövründə diqqəti cəlb edən cəhətlərdən
biri də bu dövrdə yaĢlılıq hissinin və meylinin
formalaĢmasıdır. Yeniyetmənin özünüdərketməsi nəticəsində
onun Ģəxsiyyətində keyfiyyətcə irəliləyiĢ baĢ verir. Ona görə
də yeniyetmə özünü artıq uĢaq deyil, yaĢlı hesab edir və onda
belə bir tələbat əmələ gəlir ki, ətrafdakılar onlara uĢaq kimi
deyil, yaĢlı adam kimi yanaĢsınlar. Bununla əlaqədar olaraq
yeniyetmə müstəqilliyə meyl edir. Lakin bu dövrdə uĢağın
müstəqilliyə artan tələbatı ilə bu müstəqilliyi həyata keçirmək
imkanları arasında ziddiyyət yaranır. Bu cür ziddiyyətin
yaranmasında çox vaxt böyüklər xüsusi rol oynayır. Belə ki,
böyüklər yeniyetməni hələ də uĢaq hesab edir və ona həmin
tələblərlə yanaĢır. Belə olduqda yeniyetmə bir növ böyüklərə
öz etirazını bildirir. Bu zaman böyüklər yeniyetməyə qarĢı öz
münasibətini dəyiĢmədikdə uĢaq da müxtəlif yolla ona qarĢı
durur. Bu cür ixtilaf yeniyetmənin sözə baxmamasına,
böyüklərə qarĢı durması hallarına gətirib çıxarır.
Yeniyetməlik dövründə yaĢlılıq hissi və meylinin
yaranması və formalaĢması müxtəlif amillərin təsiri altında
baĢ verə bilər.
YaĢlılıq hissinin yaranması birinci növbədə uĢağın fiziki
inkiĢafındakı dəyiĢikliklərlə bağlı olur. UĢağın xarici görkəmi
böyüklərin xarici görkəminə oxĢamağa baĢlayır. Boyları,
gücləri artır. Bu dəyiĢikliyi görən və özünü böyüklərlə
müqayisə edən yeniyetmədə yaĢlılıq meyli yaranmağa
baĢlayır.
YaĢlılıq hissinin öz mənĢəinə görə sosial xarakter
daĢıdığını da qeyd edirlər. YaĢlı adamlarla birgə fəaliyyət,
onların etimadını qazanmaq uĢaqda obyektiv sosial yaĢlılıq