MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə623/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   619   620   621   622   623   624   625   626   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

258 



258 

          Kiçik  məktəblilərdən  fərqli  olaraq  yeniyetmələr  mate-

rialı  ümumiləĢdirməyə  və  sistemləĢdirməyə  daha  çox  yer 

verməyə  çalıĢırlar.  Tədricən  yeniyetmələr  belə  bir  qənaətə 

gəlirlər  ki,  mənalı  yaddasaxlama  və  yadasalma  daha  üstün 

əhəmiyyətə malikdir. ġübhəsiz, hələ elə materiallar da olur ki, 

onları  hərfən  yadda  saxlamaq  və  yada  salmaq  lazım  gəlir 

(tərifləri,  teoremləri  və  s.).  Bu  kimi  hallarda  mexaniki 

yaddasaxlamaya  ehtiyac  hiss  olunur.  Lakin  bu  zaman 

mexaniki  yaddasaxlama  müəyyən  dərəcədə  məna  əlaqəsi  ilə 

Ģərtlənir.  Məsələn,  tarixi  günləri  yaxĢı  yadda  saxlamaq  üçün 

Ģagirdlər onları müəyyən hadisələrlə əlaqələndirirlər. 

Təlim  fəaliyyətinin  təsiri  altında  məntiqi  hafizə  fəal 

Ģəkildə  inkiĢaf  etməyə  baĢlayır.  Yeniyetmələr  müəllimin 

köməyi  əsasında  yaddasaxlamanın  səmərəli  yollarından 

istifadə  etməyə  baĢlayırlar.  Beləliklə,  yeniyetmələr  məntiqi, 

eləcə də ixtiyari hafizədən istifadəyə üstünlük verirlər. Bunun 

sayəsində 

mexaniki 

hafizənin 

inkiĢafı 

ləngiyir. 

Yeniyetmələrdə  yaddasaxlamanı  yaxĢılaĢdırmaq  yollarına 

maraq artır. 

Yeniyetməlik  dövründə  diqqətin  inkiĢafında  da 

özünəməxsus  xüsusiyyətlər  müĢahidə  olunur.  Bu  dövrdə 

diqqətin tez-tez yayınması halları özünü göstərir. UĢağın təlim 

fəaliyyətindəki əsaslı dəyiĢikliklər, tələbat və maraq dairəsinin 

dəyiĢməsi, Ģagirdin ayrı-ayrı fənlərə, müəllimlərə münasibəti, 

keçirdiyi  psixi  hallar,  yeni  və  rəngarəng  təəssürat  bolluğu, 

cinsi  yetiĢmənin  baĢlanması  ilə  əlaqədar  güclü  təəssüratlar, 

yaĢlılıq  hissi  ilə  bağlı  problemlər  və  s.  diqqətin  təzahür  və 

inkiĢafına,  burada  mənfi  halların  özünü  göstərməsinə  səbəb 

ola bilir. 

Təlim  və  tərbiyənin  təsiri  altında  yeniyetmələrdə  sabit 

ixtiyari  diqqət  inkiĢaf  etməyə  baĢlayır.  Diqqətin  həcmi, 

davamlılığı, paylanması nisbətən məhsuldar xarakter daĢıyır. 

Yeniyetməlik  dövründə  təxəyyülün    inkiĢafında  xeyli 

irəliləyiĢ baĢ verir. Bərpaedici təxəyyül  yüksək inkiĢaf səviy-




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   619   620   621   622   623   624   625   626   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin