www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
270
270
Tədris prosesində müasir texniki vasitələrdən istifadəyə geniĢ
yer verilir. Bütün bunları mənimsəmək böyük məktəblilərdən
yüksək hazırlıq, nəzəri təfəkkürün inkiĢafını, yaradıcılıq qabi-
liyyətlərinin təĢəkkülünü tələb edir.
Böyük məktəblilər təlimin nə kimi həyati əhəmiyyət
daĢıdığını dərk edirlər. Ona görə də məktəblilərdə təlimə
münasibət əsaslı Ģəkildə dəyiĢilir. Bu dövrdə məktəblilərdə
müxtəlif bilik sahələrinə seçici münasibət təzahür etməyə
baĢlayır. Böyük məktəblilərin təlim fəaliyyəti onların əqli
inkiĢafına əsaslı təsir göstərir.
Böyük məktəblilər təlim fəaliyyətinin subyekti kimi
daxil olduqları spesifik sosial inkiĢaf Ģəraitinin təsiri altına
düĢürlər. Bu dövrdə təlim fəaliyyəti özünün keyfiyyəti, yeni
məzmunu ilə fərqlənir. Tədris fənnlərində nəzərdə tutulmuĢ
biliklərə yiyələnmə zamanı Ģəxsi məna əhəmiyyəti daĢıyan
daxili idrak motivləri ilə yanaĢı geniĢ sosial və dar Ģəxsi xarici
motivlər də özünü göstərir. Bunların içərisində nailiyyət,
müvəffəqiyyət motivləri xüsusi yer tutur. Təlim fəaliyyətinin
özü böyük məktəblilərin gələcək həyat planlarını həyata
keçirmək vasitəsi olduğu üçün, təlim motivləri də öz
quruluĢuna görə keyfiyyətcə dəyiĢir. Təlimi biliklərə
yiyələnməyə yönəlmiĢ fəaliyyət kimi bir sıra motivlərlə
səciyyələndirmək olar, Ģagirdlərin əksəriyyəti üçün əsas daxili
motiv kimi nəticəyə nail olmağa yönəliĢlik təĢkil edir.
Böyük məktəblilərin təlim fəaliyyətinin predmetini,
baĢqa sözlə, onun nəyə yönəlməsini, onun struktur təĢkili,
fərdi təcrübənin stimullaĢdırılması, bunun hesabına yeni
məlumatların geniĢləndirilməsi, əlavə olunması, daxil
edilməsi təĢkil edir. Məsələlərin həllinə müstəqil, yaradıcı
Ģəkildə yanaĢma, qərar qəbul etmək, mövcud variantları təhlil
etmək və onları tənqidi konstruktiv Ģəkildə anlamaq bacarığı
da böyük məktəblilərin təlim fəaliyətinin məzmununu təĢkil
edir. Bu yaĢ dövründə mühüm psixoloji yenitörəmə olan
Ģagirdin həyati planları tərtib etmək, onları həyata keçirmək
vasitələrini axtarmaq bacarığı böyük məktəblilərin təlim
|