www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
294
294
olarsa, onların qarĢılıqlı təsiri bir o qədər səmərəli xarakter da-
Ģıyar. Buradan isə aydın olur ki, əgər kollektivdəki bir neçə
adam, xüsusilə kollektiv üzvlərinin hamısının hüsni rəğbətini
qazanan adamlar öz üzərlərində iĢləməyə, özünütərbiyə ilə
məĢğul olmağa baĢlayarlarsa, bu hal kollektivin baĢqa
üzvlərinə də mütləq sirayət edəcəkdir.
Adətən, kollektiv vasitəsilə ayrı-ayrı Ģagirdlərin
qarĢısına özünütərbiyə öhdəliyi qoyulması da bu iĢin səmərəli
nəticə verməsinə səbəb olur. Bu tədbir o zaman daha çox
təsirli xarakter daĢıyır ki, yarıĢ Ģərtlərinə daxil edilsin və bu
iĢə sinfin fəalları nəzarət etsinlər.
Sinif kollektivi ilə özünütərbiyə iĢini təĢkil edərkən
təkcə onların qarĢısına özünütərbiyə məqsədi qoymaqla
məhdudlaĢmamalı, bu iĢin səmərəli yollarını tapmaqda da
onlara köməklik göstərməlidir. Birinci növbədə Ģagirdi uzun
və ya qısa müddət ərzində öz üzərində aparacağı iĢlə əlaqədar
vəzifələri dəqiq müəyyənləĢdirməyə, birinci növbədə özünü-
tərbiyənin həyata keçirəcəyi vəzifələri qeyd etməyə və həmin
iĢi dönmədən yerinə yetirməyi öyrətmək lazımdır. Əgər
Ģagirddə özününəzarət zəifdirsə, bu keyfiyyəti onda aĢılamaq
zəruridir. Çünki o, özünənəzarət edə bilməzsə özünütərbiyə də
istənilən səviyyədə həyata keçə bilməz. Bu iĢə kollektivin
dostcasına nəzarəti də köməklik göstərməlidir.
Heç olmazsa kiçicik bir müvəffəqiyyətin əldə edilməsi
özünütərbiyəni səmərələĢdirmək üçün oluqca böyük
əhəmiyyətə malikdir. Məhz ona görə də ilk dövrlər bu sahədə
kollektivə köməklik göstərmək olduqca vacibdir.
Kollektivdə özünütərbiyə məsələsi ilə əlaqədar müsbət
ictimai rəyin yaranması da bu iĢin müvəffəqiyyəti üçün
faydalıdır.
Nəhayət, Ģagirdlərin özünütərbiyəsinə istiqamət verən
müəllimin özünün bu sahədə nümunə göstərməsi, daim
özünün pedaqoji ustalığını və Ģəxsiyyətini təkmilləĢdirməsi
həmin iĢi müvəffəqiyyətlə yerinə yetirməsinə təkan verir.
Bütün dediklərimizdən aydın olur ki, müəllim Ģa-
|