MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə676/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   672   673   674   675   676   677   678   679   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

296 



296 

davranmasi  üçün onun istinad etməli olacağı geniĢ əxlaqi təsəvvürləri, 

əxlaqi  bilik  ehtiyatı  olmalıdır.  Psixoloji  tədqiqatlar  nəticəsində 

müəyyən  edilmiĢdir  ki,  əxlaqi  bilik  və  anlayıĢların  mənimsənilməsi 

prosesi  mürəkkəb  xarakter  daĢımaqla,  xüsusi  rəhbərlik  tələb  edir. 

Təsadüfi  hadisələrin,  düzgün  olmayan  mikromühitin,  böyüklərin 

düzgün  olmayan  davranıĢının  və  s.  təsiri  altında  yaranan  əxlaqi 

anlayıĢlar  təhrif  olunmuĢ xarakter  daĢıya  bilər.  Bu  isə  səhv  davranıĢa 

gətirib çıxara bilər. Ona görə də  birinci növbədə  əxlaqi təsəvvür, bilik 

və  anlayıĢların  yaranması  qayğısına  qalmaq  lazımdır.  Lakin  təcrübə 

göstərir  ki,  əxlaqi  anlayıĢların  mənimsənilməsi    əxlaqi  Ģüurun 

yaranması  və  inkiĢafı  üçün  mühüm  rol  oynasa  da,  öz-özlüyündə  hələ 

əxlaqi davranıĢın formalaĢmasını təmin edə bilmir. 

AparılmıĢ  psixoloji  tədqiqatlardan  və  məktəb  təcrübəsindən 

aydın olur ki, çox vaxt uĢaqlar əxlaq normalarını yaxĢı bildikləri, onun 

haqqında geniĢ biliyə malik olduqları halda, öz davranıĢlarında onlara 

əməl  etmirlər.  Bu  isə  bəzən  müəllimdə,  tərbiyəçidə  təəccüb  doğurur. 

Ona görə də Ģagirdin necə davranmağı yaxĢı bildiyini, lakin ona əməl 

etmədiyini  irad  tutur,  onu  danlayırlar.  Bunun  nəticəsi  isə  çox  vaxt  o 

qədər də fərəhləndirici olmur. Əksinə, bəzən Ģagirdin özünə inamı itir, 

biliklə əməl arasında əlaqə pozulur, biliyin tətbiqi üçün münasib Ģərait 

yaranmır.  Bu  cəhəti  nəzərə  alaraq  birinci  növbədə  müəllim  öz 

Ģagirdləri  üçün  yalnız  öyüd-nəsihətçi,  mentor  tərbiyəçi  olmaqdan 

uzaqlaĢmalı,  onların  əldə  etdikləri  əxlaqi  bilik  və  təsəvvürləri  öz 

davranıĢlarına  tətbiq  etmək  meyli  və  adəti  yaratmağa  çalıĢmalıdır. 

Bunu isə yalnız sözlə, verbal yolla həyata keçirmək mümkün deyildir. 

Hər  Ģeydən  əvvəl  uĢaqdakı  əxlaqi  bilik  və  anlayıĢlar  onun  inamına 

çevrilməlidir.  

Psixoloji tədqiqatlar göstərmiĢdir ki, Ģagirdlərdə əxlaqi bilik və 

anlayıĢların inama çevrilməsi üçün həmin bilik və anlayıĢların davranıĢ 

motivləri 

və 


onlara 

uyğun 


əxlaqi 

adətlər 


sistemində 

möhkəmləndirilməsi  tələb  olunur.  Necə  davranmaq,  hərəkət  etməyi 

dərk  etməklə  adət  edilmiĢ  davranıĢ  arasında  müəyyən  ziddiyyət 

mövcud  olur.  Bu  ziddiyyəti  aradan  qaldırmaq  yalnız  Ģagirdlərin 

müvafiq  davranıĢ  təcrübəsinə  yiyələnməsi  nəticəsində  mümkün  ola 

bilər.  Əxlaqi  təcrübəni  isə  Ģagirdlər  davranıĢdakı  mümarisələr 

sayəsində,  baĢqa  sözlə  müəllim  tərəfindən  uĢaqların  müxtəlif,  lakin 

mahiyyətcə  oxĢar  həyati  situasiyalarda  təĢkil  olunmuĢ  hərəkət  və 

davranıĢları zamanı əldə edirlər. Psixoloqlar uĢaqların bu cür davranıĢ 

təcrübəsini, praktik fəaliyyətini onların emosiyaları ilə əlaqələndirməyi 

vacib  hesab  edirlər.  Bu  zaman  emosiyalar  vətənpərvərlik  və 




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   672   673   674   675   676   677   678   679   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin