MahirəNərimanqızı


ġagirdlərin  kollektivdə  tərbiyəsi



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə678/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   674   675   676   677   678   679   680   681   ...   884
ġagirdlərin  kollektivdə  tərbiyəsi.  Ġnsanlar  təcrid  olunmuĢ 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

298 



298 

Ģəkildə deyil, qruplarda, kollektivdə yaĢayır və fəaliyyət göstərir. Ona 

görə  də  öz  qrupunun  hər  bir  üzvünün  tərbiyəsində  həmin  qrupun, 

kollektivin  rolu  böyükdür.  Məhz  bu  mənada  uĢaq  kollektivinin 

böyüməkdə  olan  Ģəxsiyyətin  formalaĢmasında  rolunu  qeyd  etməmək 

olmaz. Kollektiv bir növ uĢaq Ģəxsiyyətinin inkiĢafı üçün Ģərait və Ģərt 

rolunu  oynayır.  UĢaq  kollektivi  öz  üzvlərinə  qarĢı  tərbiyələndirici 

funksiyanı  yerinə  yetirir.  Kollektiv  öz  üzvlərinə  təsir  edir,  onlardan 

müvafiq davranıĢ tərzinə əməl etməyi tələb edir. Kollektivin təqdiri və 

məzəmməti,  sağlam  tənqidi,  iĢgüzar  və  ciddi  tələbi  öz  üzvlərində 

Ģəxsiyyətin inkiĢafına təsir edir, qüsurların aradan qaldırılmasına səbəb 

olur.  Məhz  buna  görə  də  müəllim  və  tərbiyəçilər  Ģagird  Ģəxsiyyətinin 

formalaĢmasında, o cümlədən onların əxlaq tərbiyəsində kollektivin bu 

cür  imkanlarından  istifadə  etməyə  çalıĢmalıdırlar.  Düzgün  təĢkil 

olunmuĢ  kollektiv  yüksək  tərbiyələndirici  qüvvəyə  malik  olur. 

Xüsusilə  yeniyetməlik  və  ilk  gənclik  dövründə  Ģagirdlərin  tərbiyəsinə 

kollektivin həlledici təsiri belə bir psixoloji cəhətlə də bağlıdır. Adətən 

bu  dövrdə  yaranan  uĢaq  kollektivləri  eyni  tələbata  malik  olan, 

müstəqilliyə can atan həmyaĢıdlardan ibarət olur. Ona görə də uĢaqlar 

ən  çox  yoldaĢları  ilə  qarĢılıqlı  əlaqədə  olur,  onları  anlayır,  onlarla 

asanlıqla  razılığa  gəlirlər.  Nəticədə  kollektivin  tərbiyələndirici  təsir 

gücü  daha  real  və  faydalı  olur.  Bu  cəhəti  nəzərə  alaraq  müəllim  və 

tərbiyəçilər  tərbiyəvi  tədbirin  təĢkili  zamanı  kollektivin  həmin 

imkanlarından lazımi dərəcədə istifadə etməlidir. 

YaxĢı  təĢkil  edilmiĢ  Ģagird  kollektivində  ictimai  həmrəylik, 

ictimai  rəyə  hörmət,  yoldaĢlıq  və  dostluq,  yüksək  ideya  inamı, 

humanizm  və  s.  kimi  yüksək  əxlaqi  hisslərin  formalaĢmasına  geniĢ 

imkan yaranır.  

Yüksək  ictimai  həmrəylik  hissinin  formalaĢması  Ģagirdi 

kollektivin  ümumi  iĢində  daha  fəal  Ģəkildə  iĢtirak  etməyə,  kollektiv 

qarĢısında  öz  məsuliyyətini  dərk  etməyə  yönəldir.  Həmin  hisslərin 

olması Ģagirdləri öz sinfinin, öz məktəbinin Ģərəfi uğrunda mübarizəyə 

təhrik edir.  

UĢaq  kollektivində  xüsusilə  yoldaĢlıq  və  dostluq  hissinin 

formalaĢması  üçün  geniĢ  imkan  yaranır.  Burada  Ģagirdlərin  bir-birinə 

qarĢı həssaslığı, qayğıkeĢliyi xüsusi  yer  tutur.  Kollektivdə  yaranan bu 

cür  hisslər  Ģagirdləri  bir-birinə  qarĢı  qayğı  göstərməyə,  lazımi 

köməklik  etməyə  yönəldir.  Yaxınlıq,  yoldaĢlıq  münasibətləri  dostluq 

hissinin  formalaĢmasına,  hər  bir  gəncin  yaxın  dostunun  meydana 

gəlməsinə səbəb olur.  

Kollektiv möhkəm olduqda onun bütün normaları öz üzvlərinin 




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   674   675   676   677   678   679   680   681   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin