www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
300
300
və uĢaq Ģəxsiyyətinin sonrakı inkiĢafı bu zəmindən çox asılı olur. Ona
görə də ailədə uĢaqların tərbiyəsinə çox erkən, kiçik yaĢlardan
baĢlamaq lazımdır. Bu vəzifə isə birinci növbədə ailənin üzərinə düĢür.
Ġnsan anadan olduğu gündən ömrünün axırına kimi bir çox
tərbiyəvi təsirlərin əhatəsində yaĢayır. Ona görə də valideynlər uĢağı
ilk gündən elə tərbiyə etməlidirlər ki, onun hansı yaĢındasa yenidən
tərbiyəsinə ehtiyac qalmasın. O, cəmiyyət üçün faydalı adam kimi
böyüsün, ailə, kollektiv, ümumiyyətlə xalq üçün ağır yükə çevrilməsin.
Adətən, Ģəxsiyyətində mənfi keyfiyyətlər formalaĢan adamdakı həmin
keyfiyyətləri aradan qaldırmaq, onu yenidən tərbiyə etmək ağır və
gərgin zəhmət tələb edir. Bu cəhəti nəzərə almaq uĢaqların ailədə
tərbiyəsi zamanı birinci növbədə onların davranıĢ və rəftarlarında
mənfi keyfiyyətlərin yaranmasının qarĢısını almaq, bu cür
keyfiyyətlərin yaranması imkanlarını aradan qaldırmaq lazımdır.
ġübhəsiz, biz burada ailə tərbiyəsinin bütün məsələlərini geniĢ əhatə
etmək fikrində deyilik. Bu iĢlə tərbiyə nəzəriyyəsi sahəsində çalıĢan
mütəxəssislər məĢğul olurlar. Lakin qısaca olaraq qeyd etmək lazımdır
ki, ailədə uĢaqların tərbiyəsi onların Ģəxsiyyətinin formalaĢmasına
xidmət etdiyinə görə onun bütün cəhətlərini də əhatə etməlidir. Bu
mənada ailədə uĢaqların əqli, əmək, əxlaqi, fiziki, estetik tərbiyəsi
məsələləri valideynlərin nəzərindən qaçmamalıdır.
Dostları ilə paylaş: |