www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
348
348
münasibətləri açmağı bacarmalı; 4) Ģagirdləri fəallaĢdırmaq məqsədilə
müxtəlif kommunikativ vasitələrdən istifadə edə bilməli və s. Bütün bu
keyfiyyətlərə yiyələndikdən sonra müəllim öz pedaqoji fəaliyyətində
yüksək nailiyyətlər əldə edə bilər.
Müəllimin Ģəxsiyyəti onun pedaqoji əməyinə istiqamət,
məna verir. Müəllim Ģəxsiyyətinin strukturuna gəldikdə
buraya onun əməyinin xarakterini müəyyənləĢdirən psixi
keyfiyyətlərin, qabiliyyətlərin, halətlərin mürəkkəb vəhdətini
və s. aid etmək olar. Müəllim Ģəxsiyyəti özünün istiqamət və
motivasiyası, qabiliyyətləri, xarakteri, yaradıcı mövqeyi, fərdi
üslubi və s. ilə xarakterizə olunur.
Müəllim Ģəxsiyyətinin istiqaməti birinci növbədə
özünün motivləĢmə sferası (aləmi), ideyaları, sərvət meylləri,
əqidə və inamı və s. ilə müəyyən edilir. Burada müəllimin
yüksək ideyalılığı və inamının, öz peĢəsində oynadığı sosial
rolu anlamanın rolunu da xüsusi qeyd etmək lazım gəlir.
Bunlar bir növ müəllim Ģəxsiyyətinin keyfiyyətini təĢkil
edirlər.
Müəllim Ģəxsiyyətində qeyd olunan keyfiyyətlərlə
yanaĢı onun fərdi-psixi xassələri də həlledici yer tutur. Buraya
müəllimin pedaqoji qabiliyyətlərini, maraq və meylini,
xarakterini, emosional iradi və əqli xüsusiyyətlərini daxil
etmək olar. Pedaqoji qabiliyyətlər fərdi psixi xassə kimi müəl-
limi özünün peĢə fəaliyyəti üçün daha çox yararlı edir.
Müəllim Ģəxsiyyəti eyni zamanda özünün yaradıcılıq
mövqeyi səviyyəsi, onu həyata keçirmək üçün yeni məqsəd və
yollar axtarmaq cəhdi ilə xarakterizə olunur. Müəllim
yaradıcılığı pedaqoji fəaliyyətdə yaratdığı yenilikdə, yaradıcı
təfəkküründə, orijinal tapıntılarında ifadə olunur.
Bütün bunlarla yanaĢı olaraq müəllim Ģəxsiyyəti
pedaqoji əməyin həyata keçirilməsinin fərdi xarakteri ilə
müəyyən edilir. Təcrübə göstərir ki, obyektiv tələblə Ģərtlənən
eyni bir məqsəd müxtəlif müəllimlər tərəfindən müxtəlif
əməliyyatlardan istifadə yolu ilə həyata keçirilir. Bu, həmin
müəllimin fərdi üslubu kimi xarakterizə olunur. Müəllim
|