www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya
9
I. 1.1. Psixologiyanın predmeti Elm və texnikanın sürətlə inkiĢaf etdiyi bir dövrdə
yaĢayırıq. Bu dövr yeni elm sahələrinin meydana gəlməsi ilə
fərqlənən bir dövrdür. Özünün qədim tarixiliyi ilə fərqlənən
elm sahələri ilə yanaĢı tamamilə yeni elmlərin meydana
gəlməsi onları bir-birlərindən fərqləndirməyi, onlardan yerli-
yerində bəhrələnməyi tələb edir. Bu elmlərin bir çoxunun
obyekti eyni olduğu halda, onlar öz predmetlərinə görə bir-
birlərindən fərqlənirlər. Hər bir elmin predmetini özünəməxsus
hadisələr təĢkil edir. Bu hadisələrdən bəziləri olduqca
mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin
predmetini təĢkil edən hadisələr də məhz özünün mürəkkəbliyi
və çətin dərk olunması ilə fərqlənir. Həmin hadisələr hələ
qədim zamanlardan insanların diqqətini cəlb etmiĢ, bu sahədə
müxtəlif fikirlərin, görüĢlərin meydana gəlməsinə səbəb
olmuĢdur. Psixologiyanın öyrəndiyi bu hadisələr
psixi hadisələr adlandırılmıĢdır. Psixi hadisələrin təsnifi və onun
strukturu müxtəlif mövqelərdən Ģərh olunmuĢdur. Bu sahədə
daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması
ilə bağlı olan fikirlərdir:
psixi proseslər, psixi hallar, psixi xassələr (bax Ģəkil 1).
Psixi proseslər insan davranıĢının ilkin tənzimləyicisi
kimi meydana çıxır. Psixi proseslərə duyğu, qavrayıĢ, hafizə,
diqqət, təfəkkür, təxəyyül, hissləri və iradəni daxil edirlər. Psixi
proseslərin müvafiq baĢlanğıcı, gediĢi və sonu vardır. Məhz
buna görə də psixoloqlar psixi proses termininin psixi faktın
prosessuallığını nəzərə çarpdırmağını qeyd edirlər. Psixi
prosesləri üç qrupa ayırırlar: