MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə96/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   613
Ünsiyyətin növləri. 
Ünsiyyət çoxcəhətli, çoxplanlı bir 
prosesdir. Onun özünəməxsus növləri də vardır. Hər Ģeydən 
əvvəl, psixoloji ədəbiyyatda məzmunu, məqsədi və 
vasitələrindən asılı olaraq ünsiyyətin bir sıra növləri qeyd 
olunur. 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
111 
Məzmunundan asılı olaraq ünsiyyətin aĢağıdakı növlə-
rini göstərə bilərik: maddi ünsiyyət (əĢyalar və fəaliyyət 
məhsullarının mübadiləsi yolu ilə); koqnitiv ünsiyyət (bilik 
mübadiləsi); kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin 
mübadiləsi); motivlərlə bağlı ünsiyyət (təhriklərin, motivlərin, 
maraqların, tələbatların mübadiləsi); iĢgüzar fəaliyyətlə bağlı 
ünsiyyət (iĢ, əməliyyat, bacarıq və vərdiĢlərin mübadiləsi). 
Məqsəddən asılı olaraq psixoloqlar ünsiyyətin bioloji və sosial 
növlərini qeyd edirlər. Bioloji ünsiyyət orqanizmi mühafizə etmək, 
qorumaq, saxlamaq və inkiĢaf etdirməklə bağlı ünsiyyətdir. Sosial 
ünsiyyətə gəldikdə o, Ģəxsiyyətlərarası təması, münasibətləri yaratmaq 
və inkiĢaf etdirmək, fərdin Ģəxsi yüksəliĢini geniĢləndirmək və 
möhkəmləndirmək məqsədi güdür. Ünsiyyətin vasitələrindən asılı olaraq
vasitəsiz və vasitəli növlərini qeyd etmək olar. 
Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olmadan Ģəxsi 
təması və ünsiyyətdə olan adamların bir-birini bilavasitə ünsiyyət 
aktında qavramasını nəzərdə tutur.
Vasitəli ünsiyyətə gəldikdə o, vasitəçilərin köməyi ilə həyata 
keçirilən ünsiyyətdir. Adətən, çox vaxt partnyorlar zaman və məkanca 
bir-birlərindən təcrid olunduqda vasitəli ünsiyyət özünə yer edir. Bu 
zaman ünsiyyət aləti kimi partnyorlar arasında onları bir-biri ilə 
əlaqələndirən vasitəçidən istifadə olunur. Bunlara əĢyaları, qeydləri, 
kitabları, mədəniyyət obyektlərini, vasitəçilik edən üçüncü Ģəxsi, 
mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru, 
kompyüteri və s. aid etmək olar. Elmi-texniki tərəqqi bu cür vasitələrin 
daha mütərəqqi formalarının aĢkara çıxmasına səbəb olmuĢdur. 
Məsələn, qlobal internet sistemi istədiyin adamla əlaqə yaratmağa, 
maraqlandığın mövzuda məlumatları əldə etmək üçün ünsiyyətə 
girməyə imkan verir. Müasir texniki ünsiyyət vasitələri ictimai həyatın 
bir çox sahələrində müvafiq məsələləri daha səmərəli Ģəkildə həll etmək 
imkanı yaradır. 
Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin