www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya
48
psixoloq kadrlarının hazırlanması zərurəti yarandı.
90-cı illərin əvvəllərindən baĢlayaraq Bakı Dövlət
Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində,
Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar
Universiteti)
psixologiya fakültələri fəaliyyətə baĢladı.
GörülmüĢ iĢlər tədricən öz bəhrəsini verməyə baĢladı.
Ġndi Azərbaycanda həm elmi psixologiya, həm də praktik
psixologiya özünün inkiĢafının yeni bir mərhələsinə qədəm
qoyur.
20 ildən artıq bir müddətdə Azərbaycanda psixologiya
üzrə doktorluq dissertasiyası müdafiə olunmadı. 1996-cı ildə
Ərəstun Təriş oğlu Baxşəliyev «XX əsrdə Azərbaycanda psixo-
loji fikrin inkiĢafı» mövzusunda doktorluq dissertasiyası müda-
fiə etdi. Azərbaycanda psixologiya tarixi üzrə görkəmli mütə-
xəssis Ə.BaxĢəliyev 1973-cü ildə «Sovet Azərbaycanında
psixologiyanın inkiĢaf tarixindən» mövzusunda namizədlik
dissertasiyası müdafiə etmiĢdir.
Ə.BaxĢəliyev xüsusilə Azərbaycanda elmi psixologiyanın
təĢəkkül tapmasından sonrakı dövrün öyrənilməsinə diqqət
yetirmiĢ, təhlillər aparmıĢdır. O hazırda ADPU-da yaĢ və peda-
qoji psixologiya kafedrasına rəhbərlik edir.
Respublikamızın müstəqillik qazanmasıyla digər sahələr-
də olduğu kimi, elm və təhsil sahəsində də islahatlar aparılması
zərurəti yarandı. Bu isə psixologiya elmində də yeni
istiqamətli, praktik əhəmiyyət kəsb edən problemləri
aktuallaĢdırdı. Bu istiqamətdə ilk addım atan psixoloqların
sırasında ilk növbədə professor
Səməd İsmayıl oğlu Seyidovun adını qeyd etmək lazımdır. 1986-cı ildə Leninqrad Dövlət
Universitetinin psixologiya fakültəsini bitirən S.Seyidov 1989-
cu ildə namizədlik, 1995-ci ildə isə doktorluq dissertasiyası
müdafiə edir.