MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə46/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
53 
(Bakı, 1998) əsərləri diqqəti cəlb edir. 
Professor B.H. Əliyev sosial psixologiyanın aktual prob-
lemləri, hüquq psixologiyası, professor S.Ġ.Seyidov menecment 
psixologiyası sahəsində yeni istiqamətlər müəyyənləĢdirmiĢlər. 
Onların rəhbərliyi ilə bu sahələr üzrə axtarıĢlar davam 
etdirilir, gənc və perspektivli alimlər bu tədqiqatlara cəlb edilir.
Hələ həllini gözləyən çoxsaylı problemlər vardır ki, 
onların araĢdırılması da zəruridir. Bunlar hərbi psixologiya, 
iqtisadiyyatın psixologiyası, siyasi psixologiya və sairəni əhatə 
edir. Hesab edirik ki, dünya psixologiya elminin öyrənilməsi 
sahəsindəki imkanlar Azərbaycan psixologiya elminin 
inkiĢafına əsaslı təsir göstərəcəkdir. 
Azərbaycanda psixoloji fikrin, elmi psixologiyanın 
inkiĢaf tarixinin öyrənilməsi həm də xalqın həyat yolunun, 
ictimai-tarixi proseslərin, düĢüncə və təfəkkür tərzinin inkiĢafı 
və formalaĢmasının öyrənilməsində mühüm əhəmiyyət kəsb 
edir. Bütün bunlar isə milli Ģüurun, milli özünüdərkin 
formalaĢması deməkdir. 
Hələ vaxtilə Sokrat deyərdi: 
«Özünü dərk et!»
Milli 
inkiĢaf isə özünüdərkdən keçir. 
I.1.5. Psixologiyanın tədqiqat metodları 
Ġstər elmi tədqiqat, istərsə də praktik iĢ zamanı psixoloq 
müəyyən metodlardan istifadə edir, baĢqa sözlə qarĢısına 
qoyduğu məqsədə nail olmaq üçün öz fəaliyyətini müvafiq 
Ģəkildə təĢkil edir. Bu zaman istifadə olunan priyomlar və 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
54 
vasitələr elmi tədqiqat metodları adlanır. Həmin metodların 
köməyi ilə müvafiq elmin qanunauyğunluqları aĢkara çıxarılır. 
Elmdə əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat 
metodlarının təkmillik dərəcəsindən, onların validliyi və 
etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və 
tətbiq olunarsa nəticə bir o qədər səmərəli olar, elmin 
araĢdırdığı 
hadisələri, 
onların 
qanunauyğunluqlarını 
incəliklərinə qədər aĢkara çıxarar. Bütün qeyd olunanlar 
psixologiya və onun tədqiqat metodlarına da aiddir. 
Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və 
özünəməxsus, öyrənilməsi çətin olan hadisələrdir. Ona görə də 
bu hadisələri öyrənmək üçün həddindən artıq kamil, həmin 
hadisələri araĢdırmağa imkan verən metodlardan istifadə etmək 
tələb edilir. Məhz buna görə də psixoloji tədqiqatlar müəyyən 
prinsiplərə uyğun Ģəkildə həyata keçirilməlidir. Bu baxımdan 
müasir psixologiya elmi tədqiqatların genetik (tarixi) prinsip 
əsasında aparılmasını vacib hesab edir. Bu prinsipə görə 
öyrənilən hər bir psixi hadisə proses kimi nəzərdən keçirilir və 
tədqiqatçı onun inkiĢafının bütün cəhətlərini bərpa etməyə, 
onların bir-birini necə əvəz etdiyini görməyə və anlamağa 
çalıĢır, öyrənilən psixi faktı onun konkret tarixində, təsəvvür 
etməyə təĢəbbüs göstərir. 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin