MahirəNərimanqızı


Psixoloji tədqiqat metodlarının təsnifi



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə47/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   613
Psixoloji tədqiqat metodlarının təsnifi.
Psixologiyanın 
tədqiqat metodlarını hər Ģeydən əvvəl əsas və yardımçı olmaqla 
təsnif edirlər. Əsas metodlara müĢahidə və eksperiment 
metodlarını aid edirlər. 
Müşahidə 
psixi hadisələrin gediĢinə qarıĢmadan onları 
sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə 
edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun 
Ģəraitə, psixi hadisələrin gediĢinə qarıĢmaması, müdaxilə 
etməməsi müĢahidə metodunu xarakterizə edən baĢlıca 
xüsusiyyətdir. MüĢahidə planlı, məqsədəmüvafiq Ģəkildə 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
55 
həyata keçirilir. MüĢahidə metodunun üstün cəhəti ondan 
ibarətdir ki, bu zaman üzərinə müĢahidə aparılan bundan xəbər 
tutmur, müĢahidə təbii Ģəraitdə (iĢ zamanı, oyun, dərs və s.) 
aparıldığına görə öz hərəkətlərində dəyiĢiklik etmirlər. 
MüĢahidə qısamüddətli, uzunmüddətli, dövrü və 
sistematik ola bilir. Qısamüddətli müĢahidə dəqiqələr ərzində 
insan psixikası və davranıĢının təzahürünü izləməklə həyata 
keçirilir. Məsələn, müəllimin izahına Ģagirdlərin münasibətini 
aĢkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan 
müĢahidə buna misal ola bilər. Uzunmüddətli müĢahidəyə 
bütün dərs və ya bütün rüb ərzində aparılan müĢahidələri aid 
etmək olar. Dövrü müĢahidəyə gəldikdə bu müəyyən 
dövrlərdə, məsələn hər rübün sonunda eyni bir psixi hadisənin 
təzahürünü izləməkdən ibarətdir. Dövrü müĢahidə psixi 
hadisənin inkiĢaf dinamikasını aĢkara çıxarmağa imkan verir. 
Sistematik müĢahidə də inkiĢaf dinamikasını aĢkara çıxarmağa 
xidmət edir. Lakin burada müĢahidə arası kəsilmədən uzun 
müddət məsələn, bütün dərs ili, müəyyən yaĢ dövrü ərzində 
aparılır. MüĢahidənin nəticələri qeydə alınır, sonradan təhlil və 
ümumiləĢdirmə əsasında müvafiq nəticələrçıxarılır. 
MüĢahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin 
gediĢini izləməyə imkan verir. Buna baxmayaraq müĢahidə 
zamanı bəzi çətinliklər mövcud ola bilir. Hər Ģeydən əvvəl 
psixoloq müĢahidənin həyata keçirildiyi Ģəraitdəki dəyiĢikliyi 
müəyyən dərəcədə görə bilsə də ona tam nəzarət etmək 
imkanına malik olmur. Məhz buna görə də nəzarətdən kənarda 
qalan amillərin təsiri altında tam dəqiq məlumat əldə etmək 
çətinləĢir. Bundan baĢqa müĢahidə psixoloqun subyektiv 
mövqeyindən kənar qalmaya bilər. Burada psixoloqun elmi 
baxıĢları, təcrübəsi, peĢə hazırlığı ilə yanaĢı formalaĢmıĢ 
qiymətləndirmə stereotipi, etik prinsipləri, ustanovkası və s. öz 
təsirini göstərə bilər. ġübhəsiz müĢahidə aparan psixoloq bu 
kimi təsirlərin aradan qaldırılmasına çalıĢmalıdır. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin