www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
168
168
çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb onun
dilidir» [30, 568]. Ü.Hacıbəylinin ana dili məsələsi ilə bağlı
mülahizələri isə nə Osmanlı Türkiyəsinə, nə də Osmanlı
türkcəsini müdafiə edən Ə.Hüseynzadə və başaqlarına qarşı
yönəlmişdir. Sadəcə, Ü.Hacıbyəli bu məsələ ilə bağlı hesab
edirdi ki, bəzilərinin ana dilini inkişaf etdirmək əvəzinə,
osmanlı şivəsini bəyənməyib onlarla mübahisə açması doğru
deyildir: «Biz türk dili üzrə böyük bir padşahlıq təsis etmiş
olan osmanlılardan, fars və rus tərcümələri altında bilkülliyyə
xarab olub türklük ruhunu itirmiş olan dilimizi təzədən
öyrənmək əvəzinə hələ osmanlıları bəyənməyib sırf cahil
olduğumuz bu məsələ üstə onlar ilə mübahisəyə də cəsarət
edirik» [93, 209].
Beləliklə, Rusiya müsəlmanları arasında ayrıca milli
kimliyə və milli dilə sahib Azərbaycan türklərinin müstəqil
millət olduğunu müdafiə edən Ü.Hacıybəli, bu mənada
Qafqaz türklərinin milli bir ictimai təşkilatın yaranmasını
zəruriliyindən də bəhs etmişdi. Üzeyir bəy hesab edirdi ki,
artıq millət yolunda ümumi və təkrarçı sözlərdən işə keçməyin
vaxtıdır [93, 73-74]. Hacıbəyliyə görə, Rusiya millətləri
arasında sayına görə ikinci olan türklər arasında milli birliyin
olmaması doğru deyildir. Onun fikrincə, türklər arasında milli
birliyin olmamasının nəticəsidir ki, Dövlət Dumasında Rusiya
türklərini, o cümlədən Azərbaycan türklərini siyasi sima kimi
tanımırlar. O, bundan çıxış yolu kimi, Rusiya türklərinin bir
millət kimi meydana çıxmasının vaxtının çatdığını yazırdı:
«Hal-hazırda əsil bunun vaxtıdır ki, biz öz-özümüzə məhəl
qoyaq, millətimizin qədrini bilək, müsəlman millətinin içini
və çölünü o cürə düzəldək ki, biz də bir millət olub millətlər
arasına girməyə laiyq olaq» [93, 85-86]. Azərbaycan
|