www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
304
304
Bu baxımdan Rəsulzadə hesab edirdi ki, müstəqil türk
dövlətlərinin yaranması turançılıq, türkçülük məfkurəsinə
kölgə
salmamış,
bir
sözlə
Türk-Turan
birliyini
parçalamamışdır: «Turançılıq, türkçülük ədəbi məsləki
Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan ən davamlı bir
bağ, mətanətli bir ip idi. Turançılıq məfkurəsi doğulunca
millət beynəlmiləl islamiyyətçilik və federasiyon formullarını
çıxarmış, sosiologiyada da «Türkləşmək, İslamlaşmaq və
Müasirləşmək» kimi üçayaqlı bir şüar ortaya atmışdı. İstanbul
yurdçuları bu şüarları nəzəri şəkildə yaymaqda ikən,
Azərbaycan turançıları bunu siyasi bir fəlsəfə kimi qəbul
edərək qurduqları milli siyasi partiyanın prinsipi elan etdilər»
[188, 35-36].
Yeni turançılıq ideyasına görə, bütün müsəlmanları
«İslam birliyi» altında birləşdirmək mümkün deyilsə, ancaq
bütün türklər öz aralarında böyük dünya federasiyasına
nümunə olmaq üzrə bir federasiya yarada bilərlər: «Yeni
Turan, mədəni birlik üzərində təsis edilib ancaq gələcək birər
Türk hökumətlərinin federasyonu şəklində təsəvvür oluna
bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm bir
halqasıdır» [188, 36]. Deməli, M.Ə.Rəsulzadə 27 aprel
işğalından az sonra Azərbaycan milli ideyasının yaşaması
üçün, mədəni ruhlu «Yeni Turançılıq» ideyasını müdafiə
etmişdi. «Yeni Turançılıq» ideyası isə Rusiya əsarətində
yaşayan bütün türklərin, o cümlədən Azərbaycan türklərinin
əsas hədəflərindən biri olmalı, Z.Gökalpın təbrincə, Rusiyanın
dağılıb viran, Türkiyənin böyüyüb Turan olmasına yönəlməli
idi [188, 37]. Ziya Gökalpın və M.Ə.Rəsulzadənin bu fikirləri,
yəni Turanın Türk hökumətlərinin federasiyası şəklində
gerçəkləşə bilməsi, o dövr üçün bir qədər romantik xarakter
|