www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
303
bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir
cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss
etməyə başladılar» [188, 34]. Azərbaycan xalqının bir millət
kimi formalaşmasında əsas rolun türklərə məxsus olmasına
qətiyyən şübhə etmyən Rəsulzadənin fikrincə, onların
öndərliyi ilə «Turanın mərkəzində Azərbaycan» adlı bir ölkə
yaranmışdır ki, «yeni Turanın açarı» ondadır. Yeni
Azərbaycan Türk ocağı, əski Türk yurdudur [188, 35].
Azərbaycan milli ideyasını elmi dəlillərlə əsaslandır-
mağa çalışan M.Ə.Rəsulzadə onu da qeyd edirdi ki, azərbay-
canlılar milliyyət etibarilə müxtəlif adlar daşıyan böyük türk
ağacının bir qoludur. Bu mənada ümumi türkçülüyün bir qolu
da Azərbaycan türkçülüyü-azərbaycançılıqdır.
Beləliklə, M.Ə.Rəsulzadə bir tərəfdən, Azərbaycan
milli ideyasını müdafiə edir, digər tərəfdən, azərbaycançılığı
ümumi türkçülüyün, turançılığın ayrılmaz bir hissəsi olduğunu
göstərirdi. Hələ, Azərbaycan Cümhuriyyəti qurulmamışdan
öncə (1917-ci il), Rusiya tərkibindəki türk-tatar millətlərinin,
o cümlədən Azərbaycan türklərinin ayrı-ayrılıqda milli-ərazi
muxtariyyətini tələb etməklə yanaşı, Rəsulzadə gələcək
muxtar türk dövlətlərinin nümayəndələrindən ibarət Milli
Şuranın formalaşdırılmasını təklif etmişdi [51, 61]. Mühacirət
dövründə bu ideyanı inkişaf etdirən Rəsulzadə xatırladırdı ki,
Azərbaycan Cümhuriyyəti dövründə (1918-1920) də
«Müsavat» partiyasının 1919-cu ildə Bakıda keçirilən 2-ci
qurultayında qəbul etdiyi proqramının girişində «bugünkü
durumu ilə dağınıq olan geniş türk dünyasının bir gün gəlib də
əlbir və dost bir türk aləmi oluşduracağına inanırıq və bu
imanla getdiyimiz əməl yolunun çatacağı son yeri belə bir
bağlılığın gerçəkləşməsində görürük» deyilmişdir [189, 74].
|