www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
311
vəziyyəti, mədəniyyət və kültür xüsusunda eyni məfkurə, qayə
və taktikaya sahib müxtəlif türk ellərini siyasi-dövlətçilik
sahəsində məhəlli yurdçuluq-vətənçilik yoluna sövq etmişdi»
[154, 201-202]. Onun fikrincə, bir bütün halda başlayan türk
milli hərəkatının ayrı-ayrı yurdçuluq və milli dövlətçilik
halına gəlməsində siyasi, coğrafi, iqtisadi və strateji səbəblər
mühüm rol oynamışdı.
Məhz bunun nəticəsidir ki, Türkiyədə milli hərəkata
başlayanlar yalnız Anadolu türklərini düşünmüş, onların pro-
qramında Türkiyə xaricindəki türklərdən bəhs olunmamış,
hətta Türkiyə Misaqi-Millini gerçəkləşdirmək üçün Qərbi
Avropa imperialistləri ilə döyüşdə Türküstan, Krım, İdil-Ural
və Azərbaycan türklərinin mübarizə apardıqları Rusiya ilə
müttəfiq
olmaq
məcburiyyətində
qalmışdı.
Türkiyə
Cümhuriyyəti qurulduqdan sonra da bu proses davam etmiş və
türk birliyi uğrunda mübarizə aparan «Türk ocağı» əvvəlcə
fəaliyyətini Türkiyə ilə məhdudlaşdırmış, daha sonra isə bir
müddət qapanmışdır: «Artıq Türkiyədə bir Türkiyə türkçülüyü
doğmuşdu və bu halın cığırından sapmış bir xətası olmaq üzrə
«Anadolu millətçiliyi» epizodu da müşahidə edilmişdi.
«Anadolu» məcmuəsi ətrafında toplanan bir qrup ziyalılardan
ibarət zümrənin irəli sürdyü iddiaya görə türklük bir millət
deyil, bir irqdir və bu irqə Anadolu, Azərbaycan, Türküstan və
i.a. kimi millətlər daxildir» [154, 206]. Doğrudan da, bu
dövrdə türkçülüyün ideoloqu sayılan Z.Gökalp belə
türkçülüyün və turançılığın real siyasi-ideoloji hədəfi kimi
türkiyəçiliyi götürmüşdü. Onun fikrincə, uzaq gələcəkdə
oğuzçuluq və daha sonra turançılıq mümkündür ki, bu isə
daha çox siyasi deyil, mədəni birlik mahiyyətli idi [88, 38].
Gökalpın bu fikirlərini əsas tutaraq M.B.Məmmədzadə qeyd
|