www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
314
314
Rəsulzadə özəkçi Turan birliyi ideyasına qarşı olmaqla yanaşı,
hətta gələcəkdə gerçəkləşməsini mümkün saydığı Türk dövlət-
lərinin Türk Federasiyası ideyasının belə, obyektiv
səbəblərdən həmin dövr üçün məqbul olmadığını anlayaraq,
ən ideal variant kimi Qafqaz Konfederasiyasını müdafiə
etmişdir. Rəsulzadə yazırdı: «Biz müstəqil Qafqasiya Kon-
fedarasiyası fikrini zamanın ən aktual bir tezisi olaraq müdafiə
edirik» [181, 52].
Bu isə o demək idi ki, Rəsulzadə Azərbaycan milli
ideyası ilə Qafqaz Birliyi ideyası arasında uzlaşmanın olması
ilə bağlı da ciddi siyasi-nəzəri müəddəalar irəli sürmüşdür.
Hələ,
Azərbaycan
Cümhuriyyəti
dövründə
Qafqaz
Konfederasiyası ideyasını irəli sürən Rəsulzadə yazırdı: «Mən
Azərbaycanı Qafqaz İttifaq dövlətinin konfederativ tərkib
hissəsi kimi təsəvvür edirəm. Həmin ittifaq dövlətinin
tərkibinə Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali
Qafqaz daxil olmalıdır» [51, 186]. Bu ideyanı 1919-cu ilin
noybarında «Müsavat»ın 2-ci qurultayında da müdafiə edən
Rəsulzadənin təşəbbüsü ilə toplantı iştirakçıları Qafqaz
respublikalarının Qafqaz Konfederasiyası azad ittifaqında
birləşməsi ilə bağlı qətnamə də qəbul etmişdi [51, 186].
Bu dövrdə Rəsulzadə ilə yanaşı Ə.Ağaoğlu və
Ə.M.Topçubaşov da Qafqaz birliyi ideyasını müdafiə
etmişlər. Topçubaşov 1918-ci ildə qələmə aldığı «Azərbaycan
Cümhuriyyətinin yaradılması» əsərində yazırdı ki, Güney
Qafqazın üç ulusu (türklər, gürcülər və ermənilər) İsveçrə
Respublikasında olduğu kimi konfederasiya əsasına dayanan
ortaq bir siyasi yaşama iqlim, təbiət özü yönəldir:
«Konfederasiya quruluşu düşüncəsi Güney Qafqazda olduqca
geniş yayılmışdır. Bu düşüncə bu il (1918) aprelin 9-da bütün