MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə340/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   336   337   338   339   340   341   342   343   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

321 


istifadə  edir.  Bolşeviklər  sosial  şüarlarını  beynəlmiləl  proletar 

sinfi uğrunda mübarizə adı ilə təqdim etdikləri halda, Mussolin 

və  Hitler  isə,  bütün  bunları  milli  şüarlar  kimi  qələmə  verirlər. 

M.Ə.Rəsulzadənin  fikrincə,  bolşevizm  olmasaydı  İtaliya  və 

Almaniyada  faşizm  bu  dərəcədə  uğur  qazanmazdı.  Yəni  rus 

bolşevizmi  təhlükəsi  İtaliya  və  Almaniyada  millətçiliyn  radikal 

şəkildə ortaya çıxmasına səbəb olmuşdur [181, 60-61].  

«Milli  dava  və  sosial  məsələ»  problemindən  çıxış  yolu 

kimi  milli  təsanüdü  qəbul  edən  Rəsulzadə  yazırdı  ki, 

Cümhuriyyət  dövründə  bu  məsələlər  arasında    uzlaşmanın 

yaranmamasının  bir  sıra  səbəbləri  olmuşdur:  «O  zaman  bir 

tərəfdən  liberalizm,  digər  tərəfdən  də  internasyonal  sosializm 

cərəyanlarının  zamana  hakim  təsirlərinə  rəğmən,  milliyyətçi 

qalmağı bacaran «Müsavat» üçün indiki ümumi ruhdan mülhəm 

olaraq, daha milli bir siyasət də daha təsanüdçü sosial bir sistem 

təsbit  etmək  qeyri  mümkün  idi!…»  [181,  66].  Bu  baxımdan 

1930-cu illərdə «Müsavat»ın proqramına sosial məsələlərlə bağlı 

bir sıra dəyişikliklərin edildiyini önə çəkən Rəsulzadə yazırdı ki, 

bu  milli  həmrəylik  anlayışıdır.  Onun  fikrincə,  yalnız  milli 

təsanüd  demokratik  dövlətin  əsas  ideologiyası  ola  bilər.  Bu 

zaman nə liberalizmə, nə də bolşevizmə ehtiyac qalacaq. Burada 

əsas məsələ milli çərçivə daxilində sosial məsələləri həll etmək 

cəhdidir.  Şübhəsiz  ki,  bu  zaman  kommunizmin  doğurduğu 

bolşevizm  və  s.  kimi  bəlaları  özündən  uzaq  tutmaqla  yanaşı, 

milli təsanüdçülük kapitalizmin də mənfi tərəflərini rədd edirdi: 

«Milli  istiqlal  mücadiləsinin  müvəffəqiyyəti  və  onun  bir  kütlə 

hərəkatı  olaraq,  şumulluluğu  üçün  milliyyətçilərə  sosial 

məsələlərlə məşğul olmaq zərurət və bu məsələləri milli davanın 

faydası  namına  həll  etmək  isə  borcdur!  Sadə  istiqlal  şüarı 

məmləkətin geniş xalq kütlələrini toplayaraq mücadiləyə çəkmək 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin