www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
323
məsumanə axan qanından yaranan milli intibah rus ağalığının
son qəbir daşı olacaqdır: «Ey türk xalqı! Səni azad edəcək və
xoşbəxt yaşadacaq mübarizəyə bütün qüvvənlə hazırlaş, səni bu
mübarizə xilas edəcəkdir! Azərbaycanın istiqlalını bir dəfə
qurdun, iknici dəfə də qurmaq bacarığına maliksən. Düşmənini
tanı, milli intibahını yüksəlt, haqq səninlədir» [154, 156]. Bu
fikirlərinin davamı olaraq Məmmədzadə yazırdı: «Bir millət ya
yetişmişdir, öz haqqına müdrikdir, müştərək milli bir şüura
malikdir və yaxud əksinə olaraq ölgündür, ictimai bir üzviyyət
halına gəlməmişdir» [241].
M.Ə.Rəsulzadənin «rus kommunizmi»nə qarşı irəli
sürdüyü milli həmrəylik (solidarizm) ideyasını müdafiə edən
Məmmədzadə yazırdı ki, «Müsavat»ın «Yeni proqram
əsasları»na görə, müstəqil türk dövlətində nə ifrat liberalizmə, nə
də kommunizmə yer olmayacaqdı: «Bu qənaətlə o, fərdi azadlıq
və şəxsi mülkiyyət əsasını siyasət və iqtisad prinsipi olaraq qəbul
etməklə bərabər, əsrimizin gündən-günə qüvvətlənən bir sintezi
halında olan həmrəylik (solidarizm) sistemi gərəyincə dövlətlə
cəmiyyətin haqlarını tanıyır və onların çarpışan zümrə
mənfəətləri üzərində nizamlayıcı rolunu oynamağa mükəlləf
müəssisələr olduğunu qədul edir. Bu surətlə müsavatçılıq milli
birlik və həmrəyliyi əsas olaraq qəbul edir, hər cür sinif və zümrə
hakimiyyətini rədd edir» [154, 211]. Bu proqrama görə, türk
mədəniyyətinin inkişafı və təkamülü, Azərbaycan türkünün
səadəti və rifahı belə bir milli həmərylik sistemi daxilində
mümkündür. Artıq burada fərdi azadlıq və fərdi mülkiyyət ilə
yanaşı, ümüminin mənfəəti də vardır. Məmmədzadə yazır: «Bu
tezisdə cəmiyyət də (bütün) var, fərd də (tək). Fərdi hürriyyət və
mülkiyyət, ümumun, bütünün, dövlətin – millətin ali
mənafelərinə zərər vurmamalıdır. Ona görə millət-dövlət fərdi
|