www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
320
320
ilə Sovet arasında sənələrcə davam edən və hələ də bir cürə həll
edilməyən iqtsadi ixtilaflarla ticarət mübarizələrinə şahid
olmazdıq» [187, 74-75].
M.Ə.Rəsulzadə kommunizmə və faşizmə qarşı qoyduğu
milli təsanüd ideyasını 1930-1940-cı illərdə irəli sürsə də, onun
kökü Azərbaycan Cümhuriyyəti dövrünə gedib çıxır. Hələ,
«Əsrimizin Siyavuşu» əsərində Rəsulzadə milli-dini dəyərlərlə
liberalizmin ortaq nöqtələrinin tapılmasının zəruriliyindən
bəhs etmişdir. Bununla da həmin kitabında milli təsanüd
ideyasına ötəri şəkildə toxunan mühacirət dövründə bu
məsələyə əsaslı şəkildə yanaşmışdır. O, «Milli mücadilədə
sosial şüarlar» məqaləsində yazırdı ki, indi başlıca problem
«milli dava və sosial məsələ»yə aydınlıq gətirməkdir: «Bir
kərə «millət»in özü ictimai, yəni sosial bir anlamdır. Milli
dava dəxi, əhatəli və ötkün bir baxışla, sosial bir davadır. Bir
millət nə zaman müstəqil olur və bu istiqlalı nə üçün istəyir?
Bu suallara cavab aradığımız zaman milli istiqlal davası ilə
sosial məsələlər arasında ayrılıq deyil, dərin bir bağlılıq
olduğunu görürük. Bir millətin dışarıya qarşı həqiqi istiqlalı,
içəridəki milli hakimiyyətinin həqiqiliyi ilə mütənasibdir.
Dövlətlər arasındakı «milli istiqlal» anlamının bir dövlət
içindəki qarşılığı, «milli hakimiyyət» sözündəki mənadır»
[181, 58-59].
Onun fikrincə, hürriyyət, milliyyət və istiqlal kimi
mücərrəd siyasi şüarlar, münəvvər kütləyə xitab edən və onları
inqilablaşdıran anlamlardır. Çünki geniş xalq təbəqələrini
ayaqlandırmaq üçün, sadə şüarlar kafi deyildir. Onlar hərəkətə
keçmək üçün, daha maddi və daha aydın şüarlar istər. Bu
mənada, bolşeviklərdən fərqli olaraq İtaliyada Mussolin,
Almaniyada isə Hitler sosial şüarlardan milli mənfəətlər üçün
|