www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
319
gətirmiş, əksinə onların bütün hüquq və azadlıqlarını
tamamilə əllərindən almışdır. Bu mənada, SSRİ rejiminin
zülmündən ən çox əziyyət çəkənlər isə qeyri-rus millətlər, o
cümlədən Türk-müsəlman xalqları olmuşdur. Ona görə də, rus
kommunizminin əsil mahiyyətinin dünya ictimayyətinin
diqqətinə çatdırılması vacibdir.
Milli ideoloq M.Ə.Rəsulzadə yazırdı ki, bolşeviklərin
lideri Lenin 1917-ci il oktyabr inqilabına qədər və inqilabın
ilk dövrlərində özü də, hər bir millətin ayrı yaşamaq
hüququnun olduğunu irəli sürmüşdü. Ancaq bolşeviklər
Leninin bu formulunu «mərama müvafiq olarsa» qeydi ilə
qəbul etmişlər. Bolşeviklərin milliyyət məsələsində fəaliyyət
proqramı kimi qəbul etdiyi bu tezisə görə, guya sovet
federalizmi isə müvvəqətidir, ittifaqı təşkil edən üzvlərin hansı
istərsə ittifaqı tərk etmək haqqına malikdir: «Ancaq bu xəyali
bir istiqlal idi. «Sovetlər ittifaqı» təşkilati-əsasiyyəsi - ölkə
ruslar tərəfindən birmənalı şəkildə idarə olunur. MİK «ittifaq
şurası» və «millətlər şurası» rusların əlindədir. O birisi
cümhuriyyətlərin heç bir səlahiyyəti yoxdur. Sovet
federasiyonunu təşkil edən cümhuriyyətlərin yalnız adı
cümhuriyyətdir» [187, 61]. Bütövlükdə, bolşeviklərin Şərq
siyasətini Rəsulzadə, belə dəyərləndirirdi: «Rus «Lafonten»i
məşhur Krılovun «istifadə edə bilmədiyimizi hədiyyə edirik»-
deyə bir misrası vardır. Bolşeviklərin Şərq məmləkətləri
haqqındakı comərdlikləri də bu yöndəndir. Əlləri çatmadıqlarını
hədiyyə edirlər… Bu, parlaq manevr idi. Manevrə idi-deyirik,
çünki manevrə olmayıb da Sovet hökumətinin Şərqdəki
qonşuları ilə dostluğu həqiqi və hər cürə istismar iştihasından ari
həqiqətpərvaranə bir əsasə istinad etmiş olsaydı o zaman biz
aradakı siyasi razılıq və uyğunluğa baxmayaraq, Şərq millətləri
|