www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
327
qərar qəbul etdi. Beləliklə, Azərbaycan və Türkiyə türkləri ara-
sında dil sahəsindəki birliyə ciddi zərbə vurulmuş oldu.
Bütün bunlara baxmayaraq Azərbaycan milli ideyasının
Azərbaycan türklərinin şüurunda yaşamasına inanan Cəfəroğlu
yazırdı ki, haqq və istiqlal eşqi, istiqbal və milliyyət davası
könüllərdə yer tapdığı bir zamanda nə qırmızı xəncər, nə də
boğazdan yuxarı şənliklər kimsəni qorxutmur. Onun fikrincə, hər
bir türk Azərbaycan türklərinin izzəti-nəfsinə endirilən vicdansız
zərbəni bir daha göz önünə gətirməklə, Azərbaycan milli
məfkurəsinin nə qədər uca amal olduğuna inanır. O yazırdı ki,
dil, mədəniyyət, milli mənlik və əxlaq etibari ilə türklüyə tam
yad olan qüvvənin illərdən bəri vurduğu zərbələr yalnız bir
məqsədə və bir hədəfə yönəldilmişdir: «Azərbaycanı türksüz
qoymaq, istiqlal və milliyyət ruhunu kökündən qoparıb atmaq!
Bu isə bir daha onu göstərir ki, Azəri türkləri istiqlala layiq, hürr
yaşamağa hazır, yetişmiş bir millətdir. On üç ildən bəri rusların
istismarına və təzyiqlərinə qarşı aparılan inadlı çarpışmalar,
axıdılan qanlar, daxildə və xaricdə ucaldılan mübarizə sədaları
məhz bu yetkin millətin istiqlaldan dönməyəcək əzmə və milli
varlığa malik olmasının göstəricisidir» [63, 351-352].
O qeyd edir ki, Türkiyəyə yardım göstərmək, milli istiq-
lalın tam şəkildə təmin olunmasına kömək etmək adı ilə maska-
lanan bolşeviklər Azərbaycanın istiqlalına son qoyaraq, keçmiş
çar Rusiyasının sərhədlərini bərpa etmək niyyəti güdmüşdü. Bu
məqsədlə milli ordu buraxıldı, milli müəssisələr ləğv olundu,
türk məmurlarının yerinə erməni və ruslar gətirildi. Milli
Cümhuriyyətin istiqlal ruhu şər qüvvə kimi Azərbaycandan
çıxarıldı, milli ruhun daşıyıcıları olan ziyalıları istisnasız şəkildə
məhv edildi. «Türk Azərbaycanı»nda bundan sonra türklərin
qonaq, rusların isə həqiqi «ev sahibi» olduğunu qeyd edən
|